CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda keçmiş nazirin koronavirusdan sağalan xanımı və anası vəfat etdilər

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan
Abunə olmaq
"İradə xanım bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi"

BAKI, 12 iyul — Sputnik. Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Sputnik Azərbaycan bildirir  ki, bu barədə "Report"a sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

Bildirilib ki, F.Ələkbərovun anası Ruqiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova  dünyasını dəyişib.

"Ruqiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyiblər. Ruqiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi", - məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb. Bir müddət əvvəl onun anasının koronavirusdan vəfat etdiyi barədə məlumat yayılmışdı.

Xəbər lenti
0