20:05 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (268)
76920

Sosial şəbəkələrdə həmkarları Teymur Cəfərov üçün 3-cü qrup mənfi rezuslu qan lazım olduğunu paylaşaraq, əlaqə üçün telefon nömrəsi (+994 70 322 58 00) qoyublar

BAKI, 12 iyul — Sputnik. Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusa yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla həkimin müalicəsi nəzarətə götürülüb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov açıqlamasında bildirib ki, Teymur Cəfərov hazırda Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulub:

“Mərkəzi Hərbi Hospitalda müalicə olunan reanimatoloq-həkim Teymur Cəfərovun son günlər vəziyyəti ağırlaşıb. Dünən gecə real vəziyyəti nəzərə alınaraq xəstəyə xəstəbaşında baxış keçirilib̧ və vəziyyətinin kritik-ağır olduğu müəyyən edilib. Gecə saat 03:00-dən səhərədək Gömrük Hospitalı ekspertləri tərəfindən EKMO aparatı xəstəyə mərkəzi hərbi hospitalda taxıldı. Oksigen 100% getməsinə baxmayaraq, qandakı oksigenin miqdarı 31-ə qədər düşən xəstə EKMO cihazı taxıldıqdan sonra hemodinamik olaraq stabilləşdirildi. Bədənin oksigenlə qidalanması qənaətbəxş vəziyyətə gəldi. Hazırda dərin koma vəziyyətində yatan Teymur Cəfərovun müalicəsi Mərkəzi Hərbi Hospitalda davam edir".

Sosial şəbəkələrdə həmkarları Teymur Cəfərov üçün 3-cü qrup mənfi rezuslu qan lazım olduğunu paylaşaraq, əlaqə üçün telefon nömrəsi (+994 70 322 58 00) qoyublar.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (268)

Əlaqədar

Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır
Azərbaycanda daha bir İcra Hakimiyyətində iki məsul işçi COVID-ə yoluxub
Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi

Əsas mövzular