19:15 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (269)
100910

"Koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır. Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox!"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Son günlər koronavirusa yoluxma şübhəsi ilə kompüter tomoqrafiyasına (KT) üz tutanların sayı kəsin artıb. Məlumatlara görə, test zamanı koronavirusa yoluxduğu aşkarlanmayanların KT zamanı bu virusa yoluxduğu müəyyən edilir. Əsas əlamət isə ağciyərdə “buzlu şüşə” effektinin yaranmasıdır.

Amma bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa Diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanovanın "buzlu şüşə”nin mahiyyətini açıqlaması müəyyən suallara yol açıb. Radioloq deyib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. Həkim qeyd edir ki, bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.

Respublikanın baş ftiziatrı Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” effekti əsasən koronavirusun fəsadıdır: "Belə halda ağciyərdə qan dövranında durğunluq əmələ gəlir. Bu da infeksiyanın öz təsirini göstərməsi ilə bağlıdır. Çünki koronavirus nəticəsində qanda durğunluq yaranır".

E.Məmmədbəyovun sözlərinə görə, ağciyərdə “buzlu şüşə” düzgün müalicə apardıqda tez aradan qalxır: "Əsas odur ki, vaxtında müraciət edib, vaxtında aşkarlamaq lazımdır. Əgər çox gec müraciət edilsə ağciyər üçün böyük fəsad verə bilər".

Baş fitiziatr bildirir ki, KT-ni kor-koranə etdirmək olmaz: "Xəstə KT-ni həkim göndərişi əsasında etdirməlidir. İlk növbədə həkim ağciyərlərə qulaq asmalı, xəstəni müayinə etməlidir. Xəstədən məlumat toplayıb qərar çıxartmalıdır ki, KT lazımdır, yoxsa yox. Bundan sonra ehtiyac olarsa xəstəyə KT etdirmək tövsiyə olunur".

E. Məmmədbəyov bildirir ki, rentgen ağciyərdə “buzlu şüşə” effekti ilə bağlı düzgün cavab verməyə bilər.

Elmi-Tədqiqat Ağciyər İnstitutunun İkinci Pulmonologiya şöbəsinin müdiri Sevda Mustafayeva isə əks fikir söyləyir. S. Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” digər pnevmoniyalarda da qeydə alına bilər. Amma S. Mustafayeva ağciyərdə “buzlu şüşə” effektinin koronaviruslu xəstələrdə fərqləndiyini söyləyir. Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır: "Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox. Bu həkimin KT müayinəsi ilə aşkarlanır. Həmin kompüter tomoqrafiyaya baxan həkim bunu asanlıqla müəyyən edir".

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (269)

Əsas mövzular