07:32 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
219 0 0

İndiyədək ölkədə ümumilikdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb

BAKI, 4 iyul - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb, 241nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6846, ötən müddət ərzində isə ümumilikdə 509811 test aparılıb.

Əsas mövzular