16:29 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (170)
227 0 0

ÜST-ün Avropada 53 ölkə üzrə hesabatında əks olunan məlumata görə, koronavirusa yoluxmada Avropada 20 faizi kişilər, 40 faizi qadınlar təşkil edir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Azərbaycanda "COVID-19"a yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Koronavirusinfo.az saytının məlumatına görə, yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.  Ölkəmizdə koronavirusa yoluxanlar arasında qadınların çoxluq təşkil etməsi suallara yol açır. Sputnik Azərbaycan ölkəmizdə koronavirusa yoluxanla arasında yaranmış cins kateqoriyası arası fərqi araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə koronavirusa yoluxanlar arasında qadınların üstünlük təşkil etməsi araşdırılmalıdır: "Koronavirusun əsasən qadınlara, yaxud da kişilərə yoluxması ilə bağlı tibbi izah yoxdur. Çünki koronavirus yoluxmada sərhəd tanımır. Bu virus daha çox təmasda olan insanlara yoluxur. Yəni əsasən aktiv və daha çox təmasda olan insanlar arasında virusa yoluxma həddi yüksəkdir. Belə nəticəyə gəlmək olar ki, Azərbaycanda qadınlar daha çox aktivdirlər. Onlar ictimai yerlərdə daha çox olur, sosial təcrid qaydalarına az əməl edirlər. Yaxud da onlar sosial məsafə gözləmirlər.

Biz özümüz dəfələrlə şahid olmuşuq ki, qadınlar pandemiya dövründə də görüşüb-öpüşməyi tərgitməyiblər. Amma kişilər daha əllə də az-az hallarda görüşürlər. Çox güman ki, sadaladığım bu amillər qadınlar arasında koronavirusa yoluxma sayını artırır. Amma dediyim kimi, bu, ətraflı araşdırılmalıdır. Koronavirusa yoluxan qadınların təmas zənciri araşdırılmalı, onların bu virusa daha çox yoluxma səbəbi öyrənilməlidir".

Baş infeksionist deyir ki, koronavirusa yoluxmanın əsasən qadınlar arasında qeydə alınmasını onların  təkcə yas mərasimlərində iştirakları ilə əlaqələndirmək doğru deyil: "Yasa qadınlar da gedirlər, kişilər də. O zaman sual yarana bilər ki, bəs kişilər niyə yasda bu virusa yoluxmurlar? Nəzərə almalıyıq ki, qadınlar alış-veriş mərkəzlərinə, bərbərxanalara çox gedib-gəlirlər. Kişilər də belə yerlərə getsələr də, orada çox vaxt sərf etmirlər. Həmçinin kişi bərbərxanaları qadınların üz tutduğu gözəllik salonları qədər dolu olmur. Bu da qadınlar arasına virusa yoluxmanı artıra bilər. Amma dediyim kimi, bunu dəqiq söyləmək üçün onlar arasında təmas zənciri müəyyən edilməlidir".

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin  İdarə heyyətinin sədri Ramin Bayramlı qadınların bu virusa daha çox yas mərasimlərində yoluxduğunu söyləmişdi. Bu günlərdə koronavirusa yoluxan jurnalist Müşfiq Abdulla isə ailəsinə virusun məhz həyat yoldaşının işlədiyi gözəllik salonundan gəldiyini bildirib. O deyib ki, həyat yoldaşı koronavirusa çalışdığı bərbərxanada yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatından Sputnik Azərbaycan-a verilən məlumata görə, Avropada da qadınlar arasında yoluxma sayı çoxluq təşkil edir. Belə ki, ÜST-ün Avropada 53 ölkə üzrə hesabatında əks olunan məlumata görə, koronavirusa yoluxmada Avropada 20 faizi kişilər, 40 faizi qadınlar təşkil edir.

Maraqlı digər məqam isə ondan ibarətdir ki, bu virusa daha çox qadınlar yoluxsalar da, COVID-19-a davam gətirməyən kişilərdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölənlərin 57 faizini kişilər təşkil edir. Bu gün hətta bəzi ölkələrdə qadınlarla müqayisədə kişilər arasında ölüm rəqəmləri ikiqat artıqdır. Məsələn, Çin və İtaliyada da qadınlarla müqayisədə COVID-19-dan kişilərin daha çox dünyasını dəyişməsi faktı qeydə alınıb.

Alimlər bildirir ki, kişilərdə estrogen səviyyəsi aşağı olduğundan, onların xəstəliklərə yoluxub ölmə riski qadınlarla müqayisədə daha yüksəkdir. Lakin qadınlarda estrogen səviyyəsi yüksək olduğundan onlarda kişilərlə müqayisədə ölüm riski azdır. Estrogen səviyyənin fərqli olması hətta qadın və kişilərin zərərli vərdişlərə yönəlməsində də özünü göstərir.

Həmçinin, qadınlarda olan iki XX xromosomu kişi xromosomu ilə müqayisədə daha mükəmməldir. Hətta bu iki XX-dan bir X-ı mutasiya etdikdə digərində bufer, yəni müdafiə gücü yaranır. Lakin kişilərdə bu ehtiyat olmadığından, onlar daha tez xəstələnir, müxtəlif yoluxucu xəstəliklərə yoluxur və ölüm riski qadınlarla müqayisədə yüksək olur.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (170)

Əlaqədar

Rusiyadan yaxşı xəbər: vaksinlər təsirini göstərir
İyun da getdi, amma o hələ yerini bərkidir
Ölüm qorxusunun gətirdiyi bəla: Hər şey bitəndən sonra onunla mübarizə başlayacaq
Nəhayət, xoş xəbərlər də gəlir: Vaksin sınağında iştirak edənlərin vəziyyəti açıqlanıb
"Qaydalara riayət olunmasa, hər birimiz süni nəfəs aparatına qoşula bilərik"

Əsas mövzular