15:45 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (303)
50 0 0

Amerika infeksion xəstəliklər Cəmiyyətinin nümayəndəsi Ravina Kullar: "İnsanlar maska taxmamaq üçün səbəblər uydurmağa çalışırlar və tibbi tədqiqatları şübhə altına alırlar".

BAKI, 26 iyun — Sputnik. Amerikalı alimlər qoruyucu maskaların təhlükələri haqqında mifləri dağıdıblar. Bu barədə "The Philadelphia Inquirer" nəşri ABŞ-ın Tibb departamentinin mütəxəssislərinin sözlərinə istinadən məlumat verir.

Həkimlər bildiriblər ki, maskaların mümkün ziyanı haqqında fikirlər insanlarda qoruyucu aksessuarların uzun müddət qalıcı olması ilə əlaqədar yaranır, lakin onların narahatlığı əsassızdır. ABŞ-ın Pensilvaniya səhiyyə departamentinin mütəxəssisləri qeyd ediblər ki, çoxları maskaların taxılmasının faydasını çətin dərk edirlər. "İnsanlar maska taxmamaq üçün səbəblər uydurmağa çalışırlar və tibbi tədqiqatları şübhə altına alırlar", — deyə Amerika infeksion xəstəliklər Cəmiyyətinin nümayəndəsi Ravina Kullar bildirib.

Həmçinin, həkimlər koronavirus xəstəliyi ilə bağlı riskləri təhlil edərkən maskanın üzə möhkəm yapışmaması və COVİD-19-un inkişafının bilavasitə səbəbi ola bilməsi barədə ehtimalları da nəzərdən keçiriblər. "Biz insanların maska taxdıqları və ondan xəstələndikləri barədə məlumatlara malik deyilik", — deyə Vanderbilt Universitetinin (ABŞ) Tibb Mərkəzinin infeksion xəstəliklər üzrə mütəxəssisi Uilyam Şaffner bildirib.

Jurnalistlərlə söhbət zamanı həkimlər qeyd ediblər ki, müdafiə üsulları əhalinin böyük hissəsini əhatə edəndə maskalı rejim daha effektivdir. "Mənim maskam sizi qoruyur, sizin maskanız da məni", - nəşr həkimlərin sözlərini belə yazıb. Eyni zamanda, yoluxucu xəstəliklər üzrə ekspertlər maskanın koronavirusdan tam qorumanı təmin etmədiyi tezisilə razılaşırlar. Həkimlər xatırladıblar ki, maska havadakı virus hissəciklərinin yayılmasını gecikdirən bir maneə kimi fəaliyyət göstərir.

Alimlər həmçinin qeyd ediblər ki, N95 tipli tibbi maskalardan uzun müddət istifadə edilməsi qanda karbon qazının səviyyəsinin artmasına səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, həkimlər bunu anlayırlar və peşəkar qoruyucu aksessuarların daşınmasında fasilələr etməyə çalışırlar. "Maskalarla bağlı ən böyük problem ondan ibarətdir ki, insanlar onları geyinmirlər", — deyə Ravina Kullar fikrini yekunlaşdırıb.

Mövzu:
Dünyanı cənginə almış bəla (303)

Əlaqədar

Bütöv klinikanı əvəz edəcək: Türkiyədə ağıllı maska yaradıldı
İlham Əliyev maska taxmayanlara xəbərdarlıq etdi: “Mən taxıram, siz niyə taxmırsız?”
Bəla üzərində pul qazananlar – Taxdığımız hər maska virusdan qorumurmuş
Baş Nazirə də aman yoxdur - Qapalı məkanda maska taxmadı, cərimələdilər
Yeni ətraf mühit problemi - əlcək və maskalar

Əsas mövzular