BAKI, 19 iyun — Sputnik. Mərkəzi Qan Bankı koronavirusdan sağalan vətəndaşlara müraciət edib.
Mərkəzi Qan Bankından Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə bildirilir ki, koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər: "Hal-hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik! Qan (plazma) donoru ol, həyat qurtar!"
Mərkəzi Qan Bankı
Mirəli Qaşqay küçəsi 87
907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52