19:33 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
33 0 0

"Avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya düzgün olmaz, çöldəki hava ilə sirkulyasiya vacibdir"

BAKI, 18 iyun — Sputnik. "Kondisionerlərin koronavirusu yayması ilə bağlı hər hansı təsdiq olunmuş məlumat yoxdur".

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır: “İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər. Eyni zamanda avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya düzgün olmaz, çöldəki hava ilə sirkulyasiya vacibdir. Çünki avtomobildə virus olsa, bunu yaya bilər”.

 

 

Əlaqədar

Düyməni basmağa tələsməyin: koronavirus təhlükəsi heç gözləmədiyiniz yerdədir
Bu yay istidən nəfəsimiz kəsiləcək – Amma istidən kəsilməsə, koronavirusdan boğula bilərik
BNA yenə dəyişikliyə hazırlaşır: kondisioner problem olmasa...
Təzyiqə tab gətirmədilər: Avtobuslarda kondisionerin işləməsinə icazə verildi

Əsas mövzular