10:54 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
106 0 0

"Biz gözəl anlayırıq ki, əgər yaxınlaşma baş verirsə cinsi yol ən əsas yoluxma yolu deyil. Lakin bu barədə də düşünmək lazımdır, xüsusilə də karantində olarkən", - uroloq bildirib.

BAKI, 2 aprel — Sputnik. Koronavirus cinsi yolla ötürülür, lakin bu əsas yoluxma yolu deyil. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin Baş uroloqu Dmitri Puşkar "Rossiya 24" telekanalının efirində deyib.

"Koronavirus əlbəttə ki, cinsi yolla ötürülür. Amma biz gözəl anlayırıq ki, əgər yaxınlaşma baş verirsə cinsi yol ən əsas yoluxma yolu deyil. Lakin bu barədə də düşünmək lazımdır, xüsusilə də karantində olarkən", - Puşkar bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 750 mindən çox yoluxma faktı qeydə alınıb, 36 mindən çox insan dünyasını dəyişib.

Əsas mövzular