Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Siqaret və alkoqoldan uzaq durun – ÜST koronovirusla bağlı xəbərdarlıq etdi

© AFP 2023 / EZEQUIEL BECERRAПожилой человек в маске, фото из архива
Пожилой человек в маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız, xəstəliyin ağır formasının inkişaf riskini artıra bilərsiniz”. 

BAKI, 21 mart – Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

Мониторинг ОБСЕ на линии соприкосновения войск Азербайджана и Армении - Sputnik Azərbaycan
QARABAĞ
Koronavirus onların da ayağını Qarabağdan kəsdi

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: “İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız, xəstəliyin ağır formasının inkişaf riskini artıra bilərsiniz”. 

Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır: “Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin”.

Xəbər lenti
0