Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST Azərbaycana səfər etmiş professorun müsahibəsi ilə bağlı bəyanat yaydı

© AFP 2023 / Fabrice CoffriniЗдание ВОЗ в Женеве, Швейцария
Здание ВОЗ в Женеве, Швейцария - Sputnik Azərbaycan
Abunə olmaq
"ÜST-ün mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, "COVID-19" təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir"

BAKI, 18 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana qurumun məsləhətçisi qismində səfər etmiş professor Önder Ergönülün "HaberTurk" telekanalına müsahibəsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan-a daxil olan bəyanatda açıqlamanın onun şəxsi fikirləri olduğu və ÜST-ün rəsmi mövqeyini əks etdirmədiyi bildirilib.

"ÜST-ün mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, "COVID-19" təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir. ÜST-ün Azərbaycandakı ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökumətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

Biz fürsətdən istifadə edərək "COVID 19"la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımızı bildiririk", - bəyanatda qeyd olunub.

Xəbər lenti
0