CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Agentliyinin çağrı mərkəzi işə düşdü: koronavirus xətti fasiləsiz işləyəcək

© Depositphotos.com / RawpixelДевушка со смартфоном
Девушка со смартфоном - Sputnik Azərbaycan
Abunə olmaq
Çağrı mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir

BAKI, 18 mart — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən vətəndaşların icbari tibbi sığorta ilə bağlı müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, Agentliyin səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə “1542” nömrəli çağrı mərkəzi istifadəyə verilib. Bu barədə Agentlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Vətəndaşlar çağrı mərkəzinə stasionar və mobil telefonlardan “1542” nömrəsini yığmaqla müraciət edə bilərlər. Vətəndaşlar koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığorta haqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, xidmətlər zərfi, işə qəbul və s. barədə məlumat ala, qurumun və tibb müəssisələrinin fəaliyyətinə dair şikayət, tələb və təkliflərini bildirə bilərlər.

Çağrı mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyd edək ki, çağrı mərkəzi Novruz bayramındakı qeyri-iş günlərində də işləyəcək.

Xəbər lenti
0