Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusun ağır fəsadları açıqlandı

© AFP 2023 / FARSHAD USYANБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronovirusun fəsadları barədə araşdırmalar bu xəstəlikdən sağalan 12 xəstənin nəticələrinə əsaslanır

BAKI, 15 mart — Sputnik. Honkonqdan olan tibb mütəxəssisləri yeni növ koronavirus nəticəsində yanan pnevmoniyanın ağır nəticələrini sadalayıb.

Тест на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda daha 3 nəfər koronavirusdan sağaldı

Sputnik Azərbaycan "South China Morning Post"-a istinadən xəbər verir ki, virusdan sağalan pasiyentlərdə ağciyərlərin fəaliyyəti pisləşə və sürətli gəzinti zamanı boğulmalar müşahidə oluna bilər.

Şahzadə Marqret adına infeksiya xəstəlikləri mərkəzinin rəhbəri Ouen Çzen qeyd edib ki, koronavirusun fəsadları barədə araşdırmalar bu xəstəlikdən sağalan 12 xəstənin nəticələrinə əsaslanır. Belə ki, 3 şəxsdən 2-si daha əvvəl elədiklərini (məsələn, dayanmadan gəzmək) edə bilmir. Doqquz pasiyentdə isə daxili orqanların zədələnməsini göstərən əlamətlər müşahidə olunur.

Pasiyentlər üzərində araşdırmalar davam edəcək. Bundan əlavə, "COVİD-19"-un ağciyərlərə təsirinin nə qədər uzunmüddətli olacağı da öyrəniləcək. 

Mütəxəssis, həmçinin koronavirusdan sağalan şəxslərə ürək-damar sistemlərini stimullaşdıracaq idmanla (məsələn üzgüçülük) məşğul olmağı da məsləhət görüb. Bu ağciyərlərə öz fəaliyyətini bərpa etməyə kömək edəcək.

Xəbər lenti
0