CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağciyər İnstitutunda ölənlərin koronavirusla əlaqəsi varmı?

© AP Photo / Emrah GurelБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Kəskin ağciyər-ürək çatmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya" diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib

BAKI, 12 mart — Sputnik. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) martın 11-də ölən xəstələrin koronavirusla heç bir əlaqəsi yoxdur.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Qeyd edək ki, martın 11-də ETACXİ-də daha 2 xəstə dünyasını dəyişib. Xəstələrdən biri - 34 yaşlı xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da “kəskin ağciyər-ürək çatmazlığı, iki tərəfli ağır gedişli pnevmoniya” diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib.

Digər xəstənin 21 yaşı olub. O, ETACXİ-yə martın 6-da saat 15:20-də Kürdəmir rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “ağciyər vərəmi, şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.

Xatırladaq ki, sonuncu dəfə fevralın 11-də iki xəstə dünyasını dəyişmişdi.  Son bir neçə ayda isə Ağciyər Xəstəlikləri İnstitutunda 20-dən çox xəstə ölüb.

Xəbər lenti
0