06:17 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
179101

"Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur"

BAKI, 29 fevral — Sputnik. Nazirlər Kabineti (NK) yanında operativ qərargah koronavirusla bağlı müraciətlər barədə məlumat yayıb. Qərargahdan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, dünən də qeyd etdiyimiz kimi, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir: "Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur.

Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hal-hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

Əlaqədar

Çindən gözlənilən açıqlama: Bu dəhşət necə başlayıb və hansı yolla öldürür
Koronavirusun gələcəyi məlum oldu, amma biz onu görməyə bilərik
Sağlamlıq, ticarət, iqtisadiyyat, indi də din - Cümə namazları təxirə salına bilər...
Baş infeksionist arzuolunmaz ehtimalı istisna etməyib
TƏBİB rəsmisi koronavirusa yoluxma barədə: "Astara, Cəlilabad və Qobustanda..."

Əsas mövzular