Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı artdı

© © STR / AFPСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Günorta saatlarında Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə iki İran vətəndaşı yerləşdirilmişdi. Axşam saatlarında isə iki Azərbaycan vətəndaşı xüsusi ayrılmış tibb müəssisəsinə aparılıb

BAKI, 24 fevral — Sputnik. Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 2 nəfərin yerləşdirilməsi barədə artıq məlumat verilib. Hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Heç bir şikayətləri yoxdur. Həkim müşahidələri davam edir.

Kliniki Tibbi Mərkəz (Semaşko) - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakıda iki nəfər koronavirusa görə xəstəxanaya yerləşdirildi

Sputnik Azərbaycan bildirir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir.

Məlumata görə, İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər isə xüsusi ayrılmış tibb müəssəsinə yerləşdirilib. Onlar 1983-cü il təvəllüdlü Xaçmaz və 1981-ci il təvəllüdlü Quba rayon sakinləridir. Hər iki şəxs İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir qədər yüksək olub. Bu səbəbdən də onlar həkim müşahidəsi üçün xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriliblər.

Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Xəbər lenti
0