22:56 22 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
5120

Qeyd edək ki, Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb. Təxliyə edilənlər 14 günlük karantin müddətindən sonra evə buraxılıblar.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Türkiyəyə təxliyə olunan həmvətənlərimiz Azərbaycana gətiriləcəklər. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.

"Bildiyiniz kimi, Çinin Uhan şəhərindəki Azərbaycan vətəndaşları bu ilin 1 fevral tarixində Türkiyə təyyarəsi ilə təxliyə olundular və Türkiyə ərazisində 14 günlük karantində saxlanıldılar. Bu müddət bitən kimi vətəndaşlarımız Azərbaycana gətiriləcəklər", - deyə Leyla Abdullayeva qeyd edib.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin koronavirus yayılan Uhan şəhərindən gətirilən 42 nəfərin 32-si artıq evə buraxılıb.

"6 Azərbaycan, 3 Gürcüstan, bir Albaniya vətəndaşı isə sabah xəstəxanadan evə buraxılacaqlar. Mən bütün vətəndaşlarımızla görüşdüm. Aralarında 5 də uşaq vardı. Karantin müddətində səbr etdilər. Çox məmnun qaldıqlarını, onlara qarşı çox gözəl davranıldığını qeyd etdilər", - deyə nazir qeyd edib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə isə, Azərbaycan vətəndaşları xəstəxanadan buraxıldıqdan sonra sabah gün ərzində Bakıya yola salınacaqlar.

Xatırladaq ki, Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb. Təxliyə edilənlərin bir qismi 14 günlük karantin müddətindən sonra evə buraxılıb.

Qeyd edək ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-ambulans təyyarəsi Çinin Uhan şəhərindən 42 nəfəri təxliyə edib. Onlardan 32-si Türkiyə, 6-sı Azərbaycan, 3-Gürcüstan, 1-i isə Albaniya vətəndaşı olub.

Əlaqədar

Kliniki Tibbi Mərkəzdə koronavirusa görə saxlananların sayı açıqlandı: biri 3 ölkə dəyişib
Koronavirus xəstələrinin sayının kəskin artımının səbəbi bəlli oldu
Çində qiymətlər sürətlə bahalaşdı – Koronavirus səbəbindən
Koronavirus azmış kimi - Alimlər yeni naməlum virus tapıblar
Koronavirusun bu yolla yayıla biləcəyini heç kim gözləmirdi

Əsas mövzular