CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xudatda xəstəxana fəaliyyətini dayandırıb? Camaatın etirazına cavab

© AFP 2023 / PASCAL POCHARD-CASABIANCAБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub

BAKI, 6 fevral — Sputnik. Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında məlumatlar yayılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, agentliyin nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış keçiriblər. Bu zaman xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub: "Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmayıb. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənmişdir".

Xəbər lenti
0