16:47 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
2201

Müəyyən qrup insana miqrasiya xidməti üçün icazə verilibsə, onlar icbari tibbi sığorta xidmətlərindən istifadə edə biləcəklər

BAKI, 11 dekabr — Sputnik. Xarici vətəndaşların icbari tibbi sığorta xidmətlərindən istifadə edib-etməyəcəyinə aydınlıq gətirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Sputnik Multimedia Mətbuat Mərkəzində icbari tibbi sığortanın tətbiqinə həsr olunmuş tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov məlumat verib. O bildirib ki, icbari tibbi sığorta xidmətləri xarici vətəndaşlara şamil edilmir: "Xarici vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilmirlər. Bu, yalnız Azərbaycan vətəndaşlarına aiddir. Amma müəyyən qrup insana miqrasiya xidməti üçün icazə verilibsə, onlar icbari tibbi sığorta xidmətlərindən istifadə edə biləcəklər".

Əsas mövzular