08:30 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
401 0 0

"Tibbi sığorta haqqında" qanuna görə, işləyən vətəndaşların əmək haqlarından 2 faiz, idarə müəssisələrinin əmək haqqı fondundan da 2 faiz, ümumilikdə 4 faiz əmək haqqından tutulacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. "İşləməyən vətəndaş da özünü sığorta edə bilər. Bu zaman o ayda 10 manat, yaxud da ildə 120 manat ödəməklə, sığorta olunacaq". Bu sözləri Sptutnik Azərbaycan-a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev bildirib.

Millət vəkili Musa Quliyev
© Sputnik / Murad Orujov
Millət vəkili Musa Quliyev

O, qeyd edib ki, "Tibbi sığorta haqqında" qanuna görə, işləyən vətəndaşların əmək haqlarından 2 faiz, idarə müəssisələrinin əmək haqqı fondundan da 2 faiz, ümumilikdə 4 faiz əmək haqqından tutulacaq: "Tibbi sığorta haqqında" qanunda göstərilib ki, bir qrup əhalinin icbari tibbi sığorta haqqını dövlət ödəyəcək. İşləyənlərin sığorta haqqını isə iki faiz işəgötürən ödəməlidir. Qeyri-məşğul əhali var ki, onlar uçotda deyil, icbari tibbi sığortadan bərhələnmək üçün özləri təşəbbüs göstərməlidir. İşləməyən vətəndaş da özünü sığorta edə bilər. Bu zaman o da ayda 10 manat, yaxud da ildə 120 manat ödəməklə, sığorta olunacaq. Bütün bu vəsaitlər isə hamısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fonduna keçəcək və oradan da maliyyələşəcək. Eyni zamanda Səhiyyə Nazirliyindən də maliyyələşmələr olacaq. Bəzi sahələr var institutlar var ki, onlar Səhiyyə Nazirliyinin tabeçiliyindədir. Onlar da əvvəlki qaydada dövlət büdcəsindən nazirliyin vasitəsilə maliyyələşdiriləcəklər".

Əsas mövzular