14:26 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Onkoloji xəstələr üçüb həblər, arxiv şəkli

Azərbaycanda onkoloji xəstəliklərlə bağlı şad xəbər - ARTIQ DAHA TEZ OLACAQ

© Sputnik / Maksim Bogodvid
SƏHİYYƏ
Qısa URL
199 0 0

Qasımov başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib

 

BAKI, 18 iyul — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunun Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işləyib hazırladığı süni intellekt vasitəsilə onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb.

Bu barədə Sputnik Azərbaycan-a AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məlumat verib. O bildirib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir bio tibbin əsas istiqamətlərindəndir.

O bildirib ki, iqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlər 18-23 faiz olmaqla ikinci yeri tutur: "Dünya əhalisinin təxminən 10 faizi yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərin hər birində genetik, stress və digər amillər rol oynayır".

Qasımov başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib: "Bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir".

"Maşın öyrənməsi" fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub və onun icrası yoxlanılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir".

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində Molekulyar Onkologiya Laboratoriyasının müdiri Leyla Məlikova isə Sputnik Azərbaycan-a açıqlamasında digər nüanslara toxunub: "Xəstələrin genetik xüsusiyyətləri, eyni zamanda da ağciyərin genetik xüsusiyyətləri bizim laboratoriyada oxunur. Xəstələrin hansının sağlam, hansının qeyri-sağlam olması ilə bağlı nəticələr bizdən alınır. Bu zaman təbii ki, onların anonimliyi qorunur. Sadəcə olaraq onlar bu modellərin üzərində gizlin işləyirlər və bizə xəbər edirlər ki, hansında xərçəng var".

Əsas mövzular