Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həkimdən şok iddia – gənə dişləməsi faydalıdır

© Sputnik / Igor Zarembo / Mediabanka keçidGənələr
Gənələr  - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim hesab edir ki, ensefalit zamanı kömək edən immunoqlobulin artıq o qədər də işə yaramır

BAKI, 2 iyun — Sputnik. Rusyianın tanınmış həkimi Nataliya Tolokonskaya gənə dişləməsinin təbii immunitet yaranmasında faydalı olduğunu deyib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə həkim öz "Facebook" səhifəsində yazıb. O, həmçinin xəstələrə homeopatiya yolu ilə sağalmağı məsləhət görüb.

Дети - Sputnik Azərbaycan
Uşaqlarda daha çox rast gəlinən xəstəliklər açıqlandı

"Gənə ensefaltitinin təbii ocağı olan Sibirdə insanın virusla yoluxma halında xəstəliyin inkişafına müqaviməti çox yüksəkdir" - deyə Tolokonskaya qeyd edib.

Onun sözlərinə görə, həşəratların dişləməsi ilə bütün gənə infeksiyalarına qarşı təbii müqavimət yaranır.

Həkim hesab edir ki, ensefalit zamanı kömək edən immunoqlobulin artıq o qədər də işə yaramır.

"Yaxşı olar ki, immunitetin qaldırılması üçün zərərsiz dərmanlardan istifadə edilsin" - deyən həkim iddia edir ki, alternativ tibbin immunitetin möhkəmləndirilməsində böyük rolu var.

Xəbər lenti
0