Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Siqaret çəkənlər, ətrafınızdakılara verdiyiniz zərərdən xəbəriniz var?

© pixabay / Martin BüdenbenderСтоп курению
Стоп курению - Sputnik Azərbaycan
Abunə olmaq
Passiv siqaret çəkən şəxslərdə ağciyər xəstəlikləri riski daha böyükdür

BAKI, 23 mart – Sputnik. Aparılan araşdırmalar sübut edir ki, son illər uşaqlarda ağciyər xəstəliklərinin yaranmasında başlıca amillərdən biri də siqaretdir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, tibbdə ətrafdakı siqaretin təsirindən zərər görən belə şəxslər passiv siqaret çəkən adlandırılır.

Araşdırmalara görə, siqaret çəkən şəxslərin yaşının getdikcə azalması və onun təsir dairəsinin genişlənməsi, yəni passiv siqaret çəkənlərin çoxlaması ağciyər xəstəliyi olan azyaşlıların sayının artmasına səbəb olub.

Alimlər azyaşlılarda ağciyər xəstəliklərinin yaranmasında siqaretin təsirinin 90 faiz olduğunu bildirirlər. Onların fikrincə, digərləri ilə müqayisədə passiv siqaret çəkən şəxslərdə ağciyər xəstəlikləri riski daha böyükdür. Bu şəxslərin müalicə olunması isə problemi tamamilə aradan qaldırmış olmur.

Xəbər lenti
0