Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Cəmiyyətdə gözlənilən qadağaya ziddiyyətli reaksiyalar - Alqışlayan da var, qarşı çıxan da

Abunə olmaq
Valideynlər uşaq doğulana kimi onun cinsiyyətini öyrənə bilməyəcəklər, bəs cəmiyyətimiz buna necə yanaşacaq?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Milli Məclisin yaz sessiyasında "Reproduktiv sağlamlıq haqqında" Qanun qəbul olunacağı gözlənilir. Yeni qanun qəbul edilərsə, valideynlər uşaq doğulana kimi onun cinsiyyətini öyrənə bilməyəcəklər. Uşağın cinsiyyətini öncədən deyən həkimləri isə ciddi cəza gözləyəcək.

Женщина проходит обследование в клинике, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə - Çıxılmaz vəziyyət yaxınlaşır

Maraqlıdır, belə bir qanunun qəbulu nə dərəcədə doğrudur? Ana və atanın dünyaya gələcək uşaqlarının cinsiyyətini öncədən bilməməsi normaldırmı? Cəmiyyətimiz buna necə yanaşacaq? Sputnik Azərbaycan bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Tural İsaqov: "Çox doğru qərardır. Kimə nə lazımdır, onu da gözləyir. Görür ki, ona lazım olan deyil, öldürür".

Tural Babayev: "Çox mənasız qərar olar. Selektiv aborta qarşı başqa cür mübarizə aparmaq lazımdır. Bəlkə kimsə uşağına lazım olan geyimi, oyuncağı və s. indidən almaq istəyir? Onsuz uşağın dünyaya gəlməsi özü kifayət qədər xərcli məsələdir (xəstəxana xərcləri və s), yuxarıda qeyd elədiyim şeylərin xərcini əvvəlcədən həll eləməklə ailə xeyli miqdarda xərci aylar ərzində paylaşdıra bilər".

Vilayət Muxtar: "Əslində, bu qərar çoxdan verilməli idi. Selektiv abortların böyük əksəriyyəti, məhz uşaqların cinsiyyətinin doğumdan öncə öyrənilməsi nəticəsində baş verir. Bu qərar qəbul edilməlidir və bu qaydaları pozan hər şəxs - istər həkim, istərsə də valideynlər cəzalandırılmalıdır. Selektiv abortlara görə qaydalar sərtləşdirilməli, hətta cinayət məsuliyyəti tətbiq olunmalıdır".

Bəxtiyar Hacıyev: "Əla qanundur, uşağın cinsiyyətinə görə edilən abortların qarşısını ala bilər. Amma nə qədər ki, səhiyyə sistemində rüşvət var, çətin ki, riayət etmək mümkün olsun. Valideynlər tibb işçisinin "hörmət"ini edib, uşağın cinsiyyətini yenə də öyrənəcəklər".

Məhəmməd Türkmən: "Bu, mübarizə üsulu deyil. Cinsiyyətinə görə uşağını öldürən vəhşi valideyn onu doğulandan sonra da öldürə bilər. Ya da doğulacaq, ona baxmayacaq, həmişə itəcək, mal kimi davranacaq, bəlkə də satacaq. Bundansa bizim milləti pulla yola gətirmək olar. Məsələn, doğulan hər uşağa görə əziyyət vermədən 400 manat pul, 18 yaşa qədər yetişdirməyə görə də aylıq müəyyən miqdarda kömək. Qurumlardan biri bunu öz öhdəsinə götürsün, ildə bir neçə dəfə uşaqlara baş çəkilsin, uşaqlardan valideynlərindən razı və ya narazı olduğu öyrənilsin. Beləcə, həm insafsız valideyn ağıllanar, həm də uşaqların yetkinlik yaşına qədər inkişafına nəzarət etmək olar".

Женщина проходит обследование в клинике, фото из архива - Sputnik Azərbaycan
Qanun layihəsi qəbul edildi, aborta icazə verilir

Elnur Mədətoğlu: "Sadəcə bugünkü şəraitdə belə bir qanunun işləməsi mümkün deyil. Əgər məqsəd uşaq ölümlərinin, abortların, cinsi ayri-seçkiliyin məhdudlaşdırılmasıdırsa, bunun üçün qanunla yanaşı başqa mexanizm seçilməlidir. İlk öncə cəmiyyətimizdə şüur, təfəkkür inkişaf etməlidir, buna şərait lazımdır, insanlar davamlı şəkildə maarifləndirilməlidir. Əks halda boş şeydir, belə heç nəyə nail olmaq olmaz".

Nəzakət Zeynallı: "Doğru qərardır. Cinsi ayrıseçkilik edənlərə, qız olduğu üçün ana bətnində körpəni məhv edənlərə dərs olacaq".

Könül İbrahim: "Bu, insan hüququnun pozulmasıdır. Çünki heç kim valideynlərin uşağının cinsiyyətini öyrənməsinə qarışa bilməz. Abortun qarşısını belə yolla almaq olmaz. Bəzi cütlüklər hamiləlikdən qorunmaqdan xəbərsizdir, onları məlumatlandırmaq, cəmiyyətdə belə məlumatları yaymaq lazımdır. Təəccüblü də olsa, belə ailələr N qədərdir. Bundan əlavə, abortun sərt cəzaları olmalıdır. İstər valideynə, istərsə də həkimə qarşı. Üçüncüsü isə doğulan hər uşaq üçün dövlət yardım ayırmalıdır. Ailələr ən çox bundan əziyyət çəkir. Maddi sıxıntılar da övladların tələf edilməsinə bir yoldur. Doğulan uşaq üçün 99 manat vermələri gülüncdür. Məbləğ artırılmalıdır. Hər uşağa görə də aylıq müavinət ödənməlidir. Yoxsa getdikcə cavanlar 1 uşaqla kifayətlənəcəklər. Sayda artım da olmayacaq. Bu da millətin məhvi deməkdir".

Arzu Murad: "Məntiqsiz yanaşmadır, əgər məqsəd abortun və ya gender bərabərsizliyinin qarşısını almaqdırsa, onda lap biabırçı hala gələcəyik. Uşaq evləri ağzına kimi dolu olacaq, çünki valideynlər qız övladlarından imtina edəcəklər".

Şahpəri Abbasova: "Çox doğru addımdır. Bu yaxınlarda gədəbəyli bir xanımla söhbət edirdim. Qadın deyir ki, yaxın bir qohumuma qız tapılmır. Kənddə xeyli sayda oğlan var, qız yoxdur. Çünki, zamanında analar, xüsusi ilə atalar qız övladlarını abort etdiriblər. Ona görə də indi oğlanlar subay qalıb".

Xəbər lenti
0