Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanın baş pediatrından həyəcan təbili: "Peyvənd olunun"

© Sputnik / Igor Zarembo / Mediabanka keçidВакцинация школьника против гриппа, фото из архива
Вакцинация школьника против гриппа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nəsib Quliyev: "Uşaqlar xəstəliklərə qarşı peyvənd edildikdə, onlar bu xəstəliklərə yoluxmurlar"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. "İranda, Türkiyədə, Orta Asiya ölkələrində, Gürcüstanda, Ukraynada qızılca xəstəliyi epidemiya şəklində yayılıb. Azərbaycanda isə bu xəstəlik tək-tək "gətirilmə" olaraq var". 

Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
"Donuz qripi" bəlası səngiyir

Bu barədə Sputnik Azərbaycan-a ölkənin baş pediatrı, tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verib. O bildirib ki, bəzən uşaqlar digər ölkələrdə qızılca xəstəliyinə yoluxur və Azərbaycana qayıtdıqları zaman onu digər peyvənd olunmamış uşaqlara və şəxslərə keçirirlər.

"Buna görə də valideynlərə uşaqlarını peyvənd etdirməyi məsləhət görərdim. Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır. Bu xəstəlikləri viruslar törədir" - baş pediatr vurğulayıb.

N.Quliyev bu xəstəliklər sırasında məxmərək və qızılcanı da qeyd edib: "Uşaqlar xəstəliklərə qarşı peyvənd edildikdə, onlar bu xəstəliklərə yoluxmurlar. Valideynlər uşaqlarını vaksinasiyadan yayındırmamalıdırlar. Bu zaman uşaqlarda xəstəliklərə qarşı immunitet formalaşmış olacaq".

Qeyd edək ki, son günlər qonşu Gürcüstanda "donuz qripi" kimi tanınan H1N1 virusu geniş yayılıb. İndiyədək yüzlərlə insan bu xəstəliklə xəstəxanalara yerləşdirilib, 17 nəfər dünyasını dəyişib, daha 47 nəfərin vəziyyəti ağırdır.

Xəbər lenti
0