12:09 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Diş pastası

Şampun və diş pastası qızlar üçün təhlükəlidir

CC0 / Steve Buissinne / Toothpaste
SƏHİYYƏ
Qısa URL
194 0 0

Onlar doğulandan yeniyetməlik dövrünə qədər müşahidə altında olub.

BAKI, 29 dekabr — Sputnik. Şampun və diş pastasının gözlənilməyən təhlükəsi müəyyən edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kaliforniya universitetinin alimləri müəyyən edib ki, şampun, diş pastası və sabunun tərkibində olan kimyəvi maddələrə məruz qalan uşaqlar erkən cinsi yetişməyə meyilli olurlar. Bu da öz növbəsində psixi xəstəliklər, süd vəzisi və cinsi orqanların xərçənginə səbəb olur.

Araşdırmada 388 qız iştirak edib. Onlar doğulandan yeniyetməlik dövrünə qədər müşahidə altında olub. Ekspertlər uşaqların orqanizminin inkişafına və boyun artmasına təsir göstərən əsas faktorları müəyyən edib.

Araşdırma zamanı müəyyən edilib ki, erkən cinsi yetkinlik süd vəzilərinin böyüməsi və ilk mensturasiyanın 8 yaşında olmaqla özünü büruzə edib.

Qızlar adətən pubertat dövrünə 11 yaşında qədəm qoyur.

Əlaqədar

Maraqlı araşdırma: Qəndin inanılmaz faydaları
Limon suyunun inanılmaz faydaları
Asta qaçışın yeni faydaları aşkar edilib
Zeytun çəyirdəyinin yeni faydaları aşkar olunub

Əsas mövzular