19:08 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Neyrocərrah Fərid Qaralov mürəkkəb beyin əməliyyatı zamanı

Azərbaycanda beyin əməliyyatı xəstənin həyatını xilas etdi

© Foto F.Qaralov tərəfindən təqdim olunub
SƏHİYYƏ
Qısa URL
71 0 0

"32 yaşlı qadın ciddi baş ağrılarından əziyyət çəkirdi"

BAKI, 23 noyabr — Sputnik. "Adi bir öskürək xəstənin həyatına son qoya bilərdi. Ona görə də təcili beyin əməliyyatı aparmalı olduq". Sputnik Azərbaycan-a Azərbaycan Tibb Unuversitetindən daxil olan məlumata görə, ATU-nun neyrocərrahı Fərid Qaralov keçirilən mürəkkəb beyin əməliyyatı haqda belə deyib.

Bir neçə gün öncə keçirilən əməliyyat haqda danışan F.Qaralovun sözlərinə görə, xəstədə "CHİARİ tip 1 malformasiyası", yəni beyincik sallanması adlandırılan problem olub: "32 yaşlı qadın ciddi baş ağrılarından əziyyət çəkirdi. Bu şiddətli ağrılar xüsusilə öskürək nəticəsində ortaya çıxırdı. Bizə müraciət edən pasiyent gecələr yuxuda olduğu zaman tənəffüsün dayanmasından da şikayətlənirdi. Bu isə kifayət qədər ciddi və həyati təhlükəsi olan bir problemdir".

Neyrocərrah bildirir ki, bu halda beyincikdə həmin sallanmış hissə rezeksiya edilir. Bundan sonra onurğa beyin tam sərbəstləşdirilir, onurğa beyin mayesinin sirkulyasiyası normallaşdırılır. "Beyində açılan hissədə budun enli fassiyası ilə deffekt plastika olunur. Belə bir əməliyyatla xəstə normal sağlam həyatına dönür" – deyə F.Qaralov əlavə edib.

Həkimin sözlərinə görə, uğurlu əməliyyatdan sonra xəstənin həyatına olan təhlükə aradan qaldırlıb.

Əsas mövzular