13:26 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Xəstəxana dəhlizi, arxiv şəkli

Səhiyyə Nazirliyindən həyəcan təbili: Psixi xəstələr artıq heç kimə lazım deyil

CC0 / Foundry / Hallway
SƏHİYYƏ
Qısa URL
9489 0 0

Azərbaycanlı həkimlər bu qənaətə gəliblər ki, psixi əlilliyi olan şəxslər artıq heç kəsə lazım deyil

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Azərbaycanda psixiatrik xəstəxanaların 1165 pasientinin qohumları onlardan imtina edib. Bu barədə Sputnik Azərbaycan-a AR Səhiyyə Nazirliyi yanında Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov məlumat verib.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov
© Sputnik / STR
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov

O, qeyd edib ki, bu məlumatlar "Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunda xəstəxanalarda psixiatrik əlilliyi olan şəxslərə xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi üzrə tədqiqatlar" çərçivəsində əldə edilib. Direktorun sözlərinə görə, bu gün ölkəmizdəki ən yaşlı psixiatrik xəstənin yaşı 70-dir: "O, 25 ildən artıqdır xəstəxanada qalır. Bu adamın qohumları yoxdur".

"Yaxud, görün nə baş verir? Misal üçün xəstənin valideynləri olub və onlar ölüblər. Qardaşı isə evi satıb və gedib. Yaxud bacısı ərə gedib, onun əri isə arvadının xəstə qardaşı ilə birlikdə yaşamaq istəmir" — deyə həkim bildirib.

İsmayılovun sözlərinə görə, bu adamların gedəcək yerləri yoxdur: "Qohumu olanların çoxunun qohumu isə onlarla əlaqələrini kəsib, yaxud da xəstəni evlərinə aparmaq istəmirlər. Psixiatrik xəstəxananın pasientlərinin 70%-i artıq 1 ildən çoxdur ki, burada müalicə alırlar. Eyni zamanda, 20% xəstəni 1 ildən 3 ilə yaxındır ki, heç kəs xəstəxanadan götürmür. 10% xəstə isə 3 ildən çoxdur ki, müalicə müəssisəsində yaşayır".

Müsahibimizin sözlərinə görə, bu, böyük problemdir: "Misal üçün, Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatrik Xəstəxanada xəstələr üçün 1,9 min çarpayılıq yer nəzərdə tutulub. Hazırda orada 2 mindən artıq pasient var. İl ərzində 12 minə yaxın adam orada müalicə alır. Yiyələri tərəfindən tərk edilmiş xəstələrin ucbatından həkimlər daha ağır xəstələrə çətinliklə yardım göstərə bilirlər. Xəstəxanada müalicə kursu orta hesabla il yarım nəzərdə tutulur".

Bununla yanaşı, İsmayılov etiraf edib ki, həkimlər tədqiqatlar nəticəsində özləri üçün maraqlı nəticələrə gəliblər: "Özünə tənqidi yanaşmasına baxmayaraq, bir sıra məqamlarda Azərbaycan psixiatriyası heç də Avropadan geri qalmır. Sadəcə inkişaf etmiş Avropa ölkələri psixi çatışmazlığı olan xəstələrin cəmiyyətə inteqrasiyasına daha çox diqqət ayırır. Misal üçün onları yaşayış yeri, iş, sosial xidmətlərlə təmin edirlər. İnkişaf etmiş Avropa ölkələrində ümumilikdə səhiyyə büdcəsinin 7%-dən çoxu psixi sağlamlıq məsələlərinə xərclənir. Azərbaycanda isə bu göstəricilər Şərqi Avropa ilə daha oxşardır".

Əlaqədar

Dəhşətli xəstəlik Avropaya geri qayıdıb, ölüm faktları qeydə alınıb
Zaqatala sakini özü də bilmədən xərçəng xəstəliyinin dərmanını yetişdirib
Azərbaycanlı Türkiyədə dəhşətli xəstəliyə düçar oldu, qohumlarını da xəstəxanalıq etdi
Şəkərli diabet xəstələrinə xoş xəbər - RƏSMİ
Teqlər:
psixiatrik xəstəxana, direktor, psixi xəstə, Fuad İsmayılov, qohum, müalicə, həkim, ailə, Səhiyyə Nazirliyi, Azərbaycan

Əsas mövzular