Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ofisdə işləyənlər üçün qızıl qaydalar

CC0 / rawpixel / офисПерекус, фото из архива
Перекус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər gün iki biskvit ilə qidalanmada ildə 6 kilo çəkinizin artdığını unutmayın

BAKI, 5 avqust — Sputnik. Heç kimə sirr deyil ki, oturaq həyat tərzi keçirmək piylənməyə səbəb olan əsas amillətdən biridir. Yeyib və gün ərzində az hərəkət edən ofis işçilərinin əksəriyyəti artıq çəkidən əziyyət çəkirlər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun qarşısını almaq üçün qızıl qaydaya riayət etmək lazımdır. Bu zaman həmişə formada olacaqsız.

Fast-fudlardan uzaq olun. Bu birinci qaydadır. Eyni zamanda yeməklər arasında bəzi şirniyyat və başqa yeməkləri qəbul etməyin. Səhər yeməyini mütləq yeyin. Onu yeməmək piylənməyə yol açan əsas səbəblərdən biridir. Səhər yeməyində də çox kalorisi olmayan proteinlə zəngin qidalar yemək lazımdır. Ofisdə yüngül və az kalorili qidalara üstünlük verin. Bol su için. Kofe, çay və şirin sulardansa mütləq şəkildə masanızın üzərində adi su olsun. Masanızda fıstıq, quru meyvələr olsun. Yemək yeməyəndə mütləq bunlarla qidalanın. Hər 15 dəqiqədən bir hərəkət edin. Çay içən zaman şirniyyatdan uzaq olun. Hər gün iki biskvit ilə qidalanmada ildə 6 kilo çəkinizin artdığını unutmayın. Bunlara əməl edin, formada qalın.

Xəbər lenti
0