Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Mobil telefonlar insanda beyin xərçəngi yaradırmı? - ARAŞDIRMA

CC0 / Free-Photos / Cell PhoneMobil telefon, arxiv şəkli
Mobil telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı alimlər: Mobil telefonlar insanda beyin xərçəngi yaratmır

BAKI, 10 fevral — Sputnik. Amerikalı alimlər mobil telefonun radiotezlik şüalarının insan sağlamlığına təsirini araşdırıblar. Onların məqsədi bu növ qurğulardan olan şüalanmanın vaxt ötdükcə beyin xərçəngi yaratması ilə bağlı çoxsaylı nəzəriyyələri təkzib, yaxud sübut etmək olub.

AZƏRTAC xəbər verir ki, mobil telefonlarda olan şüalanma rentgen zamanı yaranan ionlaşan şüalanma ilə müqayisədə daha təhlükəsizdir. İonlaşan şüalanma dezoksiribinuklein turşusunun zədələnməsinə səbəb ola bilər ki, bu da nəticədə insanda xərçəng xəstəliyi yaradır. Alimlər sübut ediblər ki, mobil telefonlardan çıxan radiotezlik şüalanma tamamilə başqa cür təsir göstərir.

Amerika Onkologiya Cəmiyyətinin əsas tibbi əməkdaşı Otis Brauli bildirib ki, mobil telefondan istifadə zamanı insanda xərçəng xəstəliyinin yaranması ilə bağlı sübut yoxdur.

Xəbər lenti
0