20:45 13 Dekabr 2017
Canlı yayım
Darçın

Bu içki piyləri əridir, onu özünüz rahat hazırlaya bilərsiniz

CC0 / StockSnap / Cinnamon Sticks
SƏHİYYƏ
Qısa URL
37 0 0

Mütəxəssislərin müşahidələrinə görə, qidalanmanı bir qədər məhdudlaşdırmaq və bu içkini hər axşam istehlak etməklə 1 ay ərzində 4 kq çəkidən azad olmaq mümkündür

BAKI, 8 dekabr — Sputnik. ABŞ-ın Miçiqan Universitetinin alimləri aşkar ediblər ki, darçının tərkibində olan bəzi maddələr həqiqətən orqanizmdə piylərin parçalanmasını sürətləndirir və arıqlamağa kömək edir.

Diyetoloqlar darçının bu xüsusiyyətini çoxdan bilir və ondan istifadə edirlər. Bir çox pəhrizlərə darçın tərkibli xüsusi piyləri yandıran içkilər daxil edilir. Sputnik Azərbaycan saglamolun.az-a istinadən sizə bu möcüzəli içkinin reseptini təqdim edir.

Bunun üçün sizə 1 stəkan təzə kefir və 1 ç.q. (dolu olmamalıdır) təzə üyüdülmuş darçın lazım olacaq. Darçını borucuqlar şəklində alın və içkini hazırladıqdan əvvəl üyüdün.

1 stəkan kefirə 1 ç.q. darçın əlavə edin, yaxş qarışdırın və için. Bunu şam yeməyi əvəzinə və ya şam yeməyindən 40 dəqiqə —1 saat sonra edin. Nəzərə alın ki, şam yeməyi yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

Mütəxəssislərin müşahidələrinə görə, qidalanmanı bir qədər məhdudlaşdırmaq və bu içkini hər axşam istehlak etməklə 1 ay ərzində 4 kq çəkidən azad olmaq mümkündür.

Əlaqədar

Cücərdilmiş qozun inanılmaz faydaları
Qatığa darçın töküb yesəniz... - Faydaları
Hər gün 1 qaşıq bal yeməyin inanılmaz faydaları
Göz yaşlarının inanılmaz faydaları

Əsas mövzular