20:19 24 Noyabr 2017
Canlı yayım
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisdən mühüm qərar gözlənilir

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
165 0 0

"Psixoloji yardım haqqında" və "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq

BAKI, 14 sen-Sputnik. Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda komitənin 2017-ci il yaz sessiyası dövründə görülən işlər üzrə hesabat dinlənilib.

Türkiyədə ötən il baş verən çevriliş gecəsinə həsr olunan konfrans
© Sputnik / Murad Orujov
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov

Komitə sədri Əhliman Əmiraslanov deyib ki, yaz sessiyası dövründə komitənin 7 iclası keçirilib, 14 məsələyə baxılıb. 14 məsələnin 13-ü qanun layihəsi olub və plenar iclaslarda təsdiqlənib: "Sessiya dövründə komitəyə 209 ərizə daxil olub. 165 ərizə müxtəlif qurumlara göndərilib".

"Müraciətlər, əsasən müalicələrlə bağlı olub. Bir qrup insan xaricdə müalicə almaq üçün müraciət edib. Amma çox vaxt bunu əsassız hesab edirik. Azərbaycanda elə bir müalicə növü yoxdur ki, onu həyata keçirmək mümkün olmasın. Amma ödənişlə bağlı problemlərlə rastlaşırıq və çalışırıq ki, onu həll edək" — Əmiraslanov bildirib.

"Lakin təəssüf ki, bu gün hələ də orqan transplantasiyası kifayət qədər geniş həyata keçirilmir. Azərbaycanda donor məsələsi bir daha müzakirə edilməli və qanuna yenidən baxılmalıdır" — o, əlavə edib.

Deputatın sözlərinə görə, Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı problemlər var: "Gözün buynuz qışası "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı"na daxil edilib. Gələcəkdə bu transplantlar ölkəmizdə ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını meyitlərdən götürmək mümkündür".

Komitə sədri parlamentin payız sessiyası dövründə iki qanun layihəsinin plenar iclasın gündəliyinə salınacağını diqqətə çatdırıb: "Psixoloji yardım haqqında" və "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri hazırdır. "Psixoloji yardım haqqında" layihənin parlamentin payız sessiyasında birinci oxunuşda müzakirəyə çıxarılması mümkündür".

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbulu ilə bağlı artıq spiker Oqtay Əsədovla danışıqlar aparılıb. Onun da fikri belədir ki, artıq bu məsələni sona çatdırmaq lazımdır. Çalışacağıq ki, bu məsələni payız sessiyasında başa çatdıraq" — Ə. Əmiraslanov vurğulayıb.

Əlaqədar

Səhiyyə şöbəsində ciddi nöqsan…
Səhiyyə idarəsində nələr baş verir?
Səhiyyə Nazirliyi: "Onlar dövlət xəstəxanalarında işləyə bilməzlər"
Baş həkim: “Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən daha çox inkişaf edib”
Səhiyyənin inkişafı müalicə üçün İrana gedənlərin sayına təsir edib
Teqlər:
"Psixoloji yardım haqqında", Komitə sədri, Səhiyyə komitəsi, Əhliman Əmiraslanov, "Reproduktiv sağlamlıq haqqında" qanun, Milli Məclis

Əsas mövzular