12:05 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
68210

Tərkibində bu qədər güclü dezinfeksiyaedici olan gözyaşı gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılıb

BAKI, 22 iyul — Sputnik. Bir çox insanın "yalnız ağladıqda axan duzlu su" zənn etdiyi gözyaşı vəziyyətə görə dəyişən quruluşu ilə son dərəcə xüsusi mayedir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gözyaşının ilk vəzifəsi gözü mikroblardan qorumaqdır. Gözyaşının tərkibində olan lizosom fermenti bir çox bakteriya növünü parçalaya və mikrob öldürmə xüsusiyyətinə malikdir. Lizosom sayəsində göz infeksiyalardan qorunur. Müqayisə üçün demək olar ki, bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən qüvvətli dezinfeksiyaedici fenik turşusundan da təsirlidir. Güclü təsirinə baxmayaraq, bu fermentin gözə heç bir zərər verməməsi böyük bir möcüzədir.

Tərkibində bu qədər güclü dezinfeksiyaedici olan gözyaşı gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılıb. Bu yağlama-nəmləndirmə sistemi sayəsində göz qurumur. Əgər bu sistem mövcud olmasa və ya əskik işləsəydi, o zaman göz ilə göz qapağı arasında davamlı bir sürtünmə olar, gözünüz bir neçə dəqiqə içində quruyar, göz qapaqlarınız yapışar və olduqca ağrılı bir müddətdən sonra kor olardınız.

Əsas mövzular