03:47 25 Fevral 2018
Canlı yayım
Damara iynə vurulması

Əgər özünüzdə bu halları hiss edirsinizsə, damar xəstəliyiniz var

© Sputnik / Kirill Braga
SƏHİYYƏ
Qısa URL
11110

Bu yazıda sizi damarlarda ciddi pozulmalara işarə edən simpomlarla tanış edirik.

BAKI, 24 noy – Sputnik. Bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölüm səbəblərinin arasında 1-ci yer tutur. 

Sputnik Saglamolun.az-a istinadən bildirir ki, damarlarda xolesterolun yığılması, damarların daralması, damarlarda tromların əmələ gəlməsi çox ağır fəsadlara (ürək xəstəlikləri, infarkt, insult) səbəb olur. Təəssüf ki, bir çox hallarda damar problemləri özünü heç bir ciddi simptomla büruzə vermir və insan onda bu problemlərin olmasından uzun müddət ərzində bixəbər olur. Bu çox təhlükəli vəziyyətdir.

Bu yazıda sizi damarlarda ciddi pozulmalara işarə edən simpomlarla tanış edirik.

Bu simptomlar arasında:

— Son zamanlar isti havalara tab gətirə bilmirsiniz.

— Sizdə tez-tez başgicəllənməsi olur.

— Ayaq və əllər tez-tez soyuq olur, oynaqlarda ağrılar əmələ gəlir.

— Sizdə meteohəssaslıq inkişaf edib.

— Qan təzyiqi tez-tez "oynayır" — gah qalxır, gah düşür.

— Tez ayağa qalxanda və ya başı yana çevirən gözlər qaralır.

— Yaddaş problemi əmələ gəlib.

Özünüzdə bu simptomları müşahidə edirsinizsə, vaxt itirmədən həkimə müraciət edin. Nəzərə almaq lazımdır ki, hal hazırda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb və hətta çox cavan insanlarda rast gəlinir.

Əsas mövzular