18:07 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
400521

Tanınmış həkim-terapevt belə çətin zamanda sağlamlığı qorumaq üçün altı sadə məsləhət verib

BAKI, 24 okt — Sputnik. Qrip epidemiyası, soyuqdəymə, hipotermiya: hər il qış bizim immunitetimizi yoxlayır. Rusiyalı həkim-terapevt Natalya Suvorova belə çətin zamanda sağlamlığı qorumaq üçün altı sadə məsləhət verib.

1. Çoxlu su için

Ümumdünya Səhiyyə Təşkilatı qadınlara gündə 2,7 litr (təxminən 11 stəkan), kişilərə isə 3.7 litr (təxminən 13 stəkan) su içməyi məsləhət görür. Amma bu, suyu zorla içmək anlamına gəlmir. Bizim bədənimiz suyu bir sıra ərzaq məhsullarından və içkilərdən də əldə edir. Məsələn, çiyələk, qatıq və brokolinin tərkibində 80% su var, çörək və pendirdə isə bu göstərici 30% təşkil edir. Su balansının gözlənilməsi tək immunitetə deyil, həmçinin payız və qış aylarında quruluğa meyilli olan dəri üçün xeyirlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov
© Sputnik / Ramil Sitdikov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov

2. İdmanla məşğul olun

İmmun sistemini fiziki aktivlik kimi heç bir şey gücləndirmir. Qaçış, gəzinti, xizək, basseyn, fitnes — bu siyahını hələ davam etmək olar. Daimi fiziki aktivlik immun sisteminin fəaliyyətini gücləndirirərək virus və bakteriaları öldürən hüceyrələrin artmasına səbəb olur. Ən əsası düzgün geyinməkdir.

Moskva meri S.Sobyanin VI Ümumrusiya elm festivalının açılış mərasimində
© Sputnik / Denis Grishkin
Moskva meri S.Sobyanin VI Ümumrusiya elm festivalının açılış mərasimində

3. Gəzin

İşdə çətin layihəniz var, siz gecələr yatmır və narahatsınız, bu azmış kimi soyuqdəymə simptomları yaranıb! Stress immun sisteminin zəifləmə səbəblərindən biridir. Onunla gəzinti ilə mübarizə aparmaq olar. Günəş şüaları D vitamininin artmasına səbəb olur ki, bu da öz növbəsində immun sisteminə müsbət təsir edir.

Rusiyanın baş naziri Dmitri Medvedyev Krasnaya Polyana dağ xizək kurortunda
© Sputnik / Dmitriy Astakhov
Rusiyanın baş naziri Dmitri Medvedyev "Krasnaya Polyana" dağ xizək kurortunda

4. Daha çox yatın

Yaxşı yuxu sağlamlığın zəmanətidir, lakin biz buna tez-tez laqeyd yanaşırıq. Kaliforniya alimləri sübut ediblər ki, sutka ərzində 6 saatdan az yatan şəxslər sutkada 7 saat yatanlardan soyuqdəyməyə dörd dəfə daya meyllidir. Yuxusuzluq zamanı orqanizm bərpa olunmur və ilk növbədə bundan immun sistemi əziyyət çəkir.

Vahid Rusiya fraksiyasının deputatı Nikolay Valuyev RF Dövlət Dumasının plenar iclasında
© Sputnik / Vladimir Fedorenko
"Vahid Rusiya" fraksiyasının deputatı Nikolay Valuyev RF Dövlət Dumasının plenar iclasında

5. Əllərinizi təmiz saxlayın

Qrip və mövsümi epidemiyalar zamanı müntəzəm əl yuma xəstəlik riskini 45% azaldır.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin keçmiş departament rəisi Yevgeniya Vasilyeva Moskvanın Presnensk məhkəməsində
© Sputnik / Yekaterina Chesnokova
Rusiya Federasiyası Müdafiə Nazirliyinin keçmiş departament rəisi Yevgeniya Vasilyeva Moskvanın Presnensk məhkəməsində

6. Peyvənd vurdurun

Sübut olunub ki, qrip peyvəndləri təhlükəsiz və effektivdir. Qripə qarşı peyvəndləri tibb klinikalarında vurdura bilərsiniz.

Rusiya Federasiyasnın baş sanitar həkimi Gennadiy Onişenko qripə qarşı peyvənd olunarkən
© Sputnik / Vitaliy Belousov
Rusiya Federasiyasnın baş sanitar həkimi Gennadiy Onişenko qripə qarşı peyvənd olunarkən

Əlaqədar

Yeni "quş qripi" təhlükəsinə qarşı reydlər başlayır
Azərbaycanda "quş qripi" ilə bağlı növbəti rəsmi açıqlama
“Donuz qripi” ilə bağlı dezinfeksiya olunacaq ali məktəblərin adları açıqlanıb
"Donuz qripi"nin Azərbaycana gəlməsi an məsələsidir
"Donuz qripi": profilaktik yardım
Ölkədə qripə yoluxma səviyyəsi ümumi vəziyyətdən yüksəkdir
"Azərbaycanda "donuz qripi" qeydə alınsa..."
Teqlər:
məsləhət, Natalya Suvorova, hipotermiya, soyuqdəymə, epidemiya, qrip

Əsas mövzular