BAKI, 24 okt — Sputnik. Qrip epidemiyası, soyuqdəymə, hipotermiya: hər il qış bizim immunitetimizi yoxlayır. Rusiyalı həkim-terapevt Natalya Suvorova belə çətin zamanda sağlamlığı qorumaq üçün altı sadə məsləhət verib.
1. Çoxlu su için
Ümumdünya Səhiyyə Təşkilatı qadınlara gündə 2,7 litr (təxminən 11 stəkan), kişilərə isə 3.7 litr (təxminən 13 stəkan) su içməyi məsləhət görür. Amma bu, suyu zorla içmək anlamına gəlmir. Bizim bədənimiz suyu bir sıra ərzaq məhsullarından və içkilərdən də əldə edir. Məsələn, çiyələk, qatıq və brokolinin tərkibində 80% su var, çörək və pendirdə isə bu göstərici 30% təşkil edir. Su balansının gözlənilməsi tək immunitetə deyil, həmçinin payız və qış aylarında quruluğa meyilli olan dəri üçün xeyirlidir.
2. İdmanla məşğul olun
İmmun sistemini fiziki aktivlik kimi heç bir şey gücləndirmir. Qaçış, gəzinti, xizək, basseyn, fitnes — bu siyahını hələ davam etmək olar. Daimi fiziki aktivlik immun sisteminin fəaliyyətini gücləndirirərək virus və bakteriaları öldürən hüceyrələrin artmasına səbəb olur. Ən əsası düzgün geyinməkdir.
3. Gəzin
İşdə çətin layihəniz var, siz gecələr yatmır və narahatsınız, bu azmış kimi soyuqdəymə simptomları yaranıb! Stress immun sisteminin zəifləmə səbəblərindən biridir. Onunla gəzinti ilə mübarizə aparmaq olar. Günəş şüaları D vitamininin artmasına səbəb olur ki, bu da öz növbəsində immun sisteminə müsbət təsir edir.
4. Daha çox yatın
Yaxşı yuxu sağlamlığın zəmanətidir, lakin biz buna tez-tez laqeyd yanaşırıq. Kaliforniya alimləri sübut ediblər ki, sutka ərzində 6 saatdan az yatan şəxslər sutkada 7 saat yatanlardan soyuqdəyməyə dörd dəfə daya meyllidir. Yuxusuzluq zamanı orqanizm bərpa olunmur və ilk növbədə bundan immun sistemi əziyyət çəkir.
5. Əllərinizi təmiz saxlayın
Qrip və mövsümi epidemiyalar zamanı müntəzəm əl yuma xəstəlik riskini 45% azaldır.
6. Peyvənd vurdurun
Sübut olunub ki, qrip peyvəndləri təhlükəsiz və effektivdir. Qripə qarşı peyvəndləri tibb klinikalarında vurdura bilərsiniz.