13:28 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Tərkibində arzuolunmaz maddələr olan tomat pastaları

Bakıdakı dükanlarda xərçəng yaradan tomat pastaları satılır?

© Foto: E.Hüseynovun facebook hesabı
SƏHİYYƏ
Qısa URL
60043

Eyub Hüseynov: "Bu kimyəvi maddələr yeməklərin hazırlanması zamanı isti temperaturun təsiri ilə kanserogen maddəyə çevrilir ki, bu da öz növbəsində xərçəng kimi dəhşətli bir xəstəliyə yol aça bilir"

BAKI, 8 iyun — Sputnik. Mağazalarda tərkibində arzuolunmaz maddələr olan tomat pastaları aşkar edilib. Sputnik-in məlumatına görə, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov öz "Facebook" səhifəsində məlumat verib.

Председатель Союза свободных потребителей Эйюб Гусейнов
© Sputnik / Murad Orujov
Председатель Союза свободных потребителей Эйюб Гусейнов

Onun sözlərinə görə, istehlakçılar ölkədəki pərakəndə satış nöqtələrində satılan tomat pastalarının keyfiyyətsizliyindən şikayətləniblər: "Həmin satış nöqtələrində aparılan araşdırmalar zamanı ölkəmizə Rusiyadan idxal edilən bəzi tomat pastalarının tərkibində insan sağlamlığı üçün arzuolunmaz maddələrin mövcud olduğu aşkar edilib. Məlum olub ki, Azərbaycan ərazisinə idxal edilən bu məhsulun tərkibində benzoy və sorbat turşuları var. Bundan başqa, tərkibinə şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzoatın da əlavə olunduğu məlum olub".

Mütəxəssisin sözlərinə görə, bu kimyəvi maddələr yeməklərin hazırlanması zamanı isti temperaturun təsiri ilə kanserogen maddəyə çevrilir ki, bu da öz növbəsində xərçəng kimi dəhşətli bir xəstəliyə yol aça bilir: "İstehlakçıların böyük bir hissəsinin bu maddələr barədə məlumatsız olması və məhsul alarkən onun tərkibi barədə məlumata diqqətsiz yanaşması onların həyatı üçün ciddi təhlükəyə səbəb ola bilər. Tomat pastalarının tərkibində benzoy, sorbat turşularının, nişasta və digər zərərli qatqılardan istifadə edilməsi onların pomidordan deyil, yarım fabrikatlardan və digər qatqılardan hazırlandığını göstərir".

"Rusiyadan idxal olunan tomat pastalarında bir məqam da istehlakçının diqqətini cəlb etməlidir. Belə ki, yararlılıq müddəti 1 il göstərilən tomat pastasının tərkibində qeyd olunan zərərli əlavələr var, lakin yararlılıq müddəti 2 il olan tomat pastasının etiketində zərərli qatqıların adı qeyd olunmayıb. Əgər sonuncu məlumat doğrudursa, onda nə üçün istehsalçı zərərli maddələri tomat pastasına əlavə edir?", — deyə E.Hüseynov bildirib.

AİB sədri istehlakçılara məsləhət görüb ki, mağazadan alış-veriş edərkən bu məsələlərə diqqətli yanaşsınlar. O, rəhbərlik etdiyi qurumun sözügedən tomatların laborator araşdırmasını aparmaq niyyətində olduğunu da əlavə edib.

Əlaqədar

Tanınmış şərhçidə xərçəng xəstəliyi aşkarlanıb
Bu içki 45 min xərçəng xəstəsini sağaldıb
Düz bağırsaq xərçəngindən xilas olmaq istəyirsizsə, bunu edin
Bu bitkinin xərçəngi 16 saata yox etmək xassəsi təsdiqlənib
Cohanna Badviq: Xərçəng xəstəliyindən dərmansız 3 aya xilas olmaq mümkündür
Bu bitki sizi bağırsaq xərçəngindən və qəbizlikdən xilas edə bilər
Teqlər:
tomat pastaları, pomidor, mağaza, dükan, Eyub Hüseynov, Azad İstehlakçılar Birliyi

Əsas mövzular