15:49 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
Uzunömürlü hunza türkləri

Burada 100 yaşında ölənə "gənc yaşında getdi" deyirlər

© sozcu.com.tr
SƏHİYYƏ
Qısa URL
615946

Pakistanın Kəşmir şəhəri yaxınlığında yaşayan Hunza türkləri orta hesabla 120 il yaşayır.

BAKI, 12 mart — Sputnik. Çin və Əfqanıstan sərhədində Pakistanın Kəşmir şəhəri yaxınlığında yaşayan Hunza türkləri ortalama 120 il yaşayır. 

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, uzun ömürlü olmaları elm adamlarının diqqətini çəkib və bu barədə araşdırma aparılıb. 65 yaş ömrün yarısı olduğu bu yerdə qadınlar  65-70 yaşında uşaq dünyaya gətirir.

Müsəlman olan Hunza türkləri ortalama 110 ilə 120 il arasında yaşayır. Burada 65 yaş yolun yarısı sayılır…

100 yaşında ölənlərə "gənc öldü" deyilir.

Hunza türklərinin çox maraqlı bir tərəfi də burada heç vaxt xərçəng xəstəliyinə rast gəlinməməsidir. Bu türklər xərçəng xəstəliyinə tutulmadıqları kimi burada digər tez tez baş verən xəstəliklər də yoxdur.

Bunun səbəbi dənizdən 6 min metr yüksəklikdə çox yüksək oksigeni olan bir bölgədə yaşamalarıdır. Buz kimi təmiz sudan içib öz əkib-becərdiklərini yeyirlər. Hunza Türklərinin ət və ədviyyatlı yeməkləri çox məşhurdur və yalnız öz istehsal etdikləri tərəvəz və meyvələri istehlak edirlər.

Bugünkü Şərqi Türkistan, Monqolustan və Altay bölgələrinin ilk əsrlərdə və orta əsrin əvvəllərində Türklərin ana yurdu olduğu düşünülməkdədir. 

Əsas mövzular