06:50 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
plastik qablar

Plastik qablar ölümə aparır

© CC0 / MabelAmber / plastic
SƏHİYYƏ
Qısa URL
18422

Avropalı alimlər təsdiqləyiblər ki, plastik məhsullar şəkər, piylənmə, sonsuzluq və xərçəngin müxtəlif növlərinin yaranmasında başlıca rol oynayır.

BAKI, 8 okt-Sputnik. Plastik qablarda saxlanan qidaların, kosmetikanın, hətta plastik kartların belə insanlarda bir sıra xəstəliklərin törədiciləri olduğu üzə çıxıb.

Daha əvvəllər də plastik materialdan hazırlanan məhsulların insan orqanizmi üçün ziyanlı olduğu bildirilirdi. Bu dəfə isə, avropalı alimlər sözügedən məhsullarla bağlı konkret nəticələr əldə ediblər.

Sputnik "Focusonline" nəşrinə istinadən xəbər verir ki, plastik materiallar əsasən hormonlara bilavasitə təsir göstərən kimyəvi elementlərdən hazırlanır.

Bu barədə tədqiqatlar aparan Avropa alimləri təsdiqləyiblər ki, həmin maddələr nəinki plastik məhsullarda, kassa çekləri, konserv bankaları və kosmetik əşyalarda da var. Həmin elementlər qidaya keçir və nəticədə orqanizmdə maddələr mübadiləsi yaradaraq artıq çəki və şəkər xəstəliyinə səbəb olur. Plastik qabların tərkibində Bisfenol A karbohidratı, virus və bakteriya əleyhinə istifadə olunan pestisit adlı zəhərli kimyəvi maddələr var.

Alimlər xəbərdarlıq edir ki, sintetik kimyəvi maddələr insan orqanizmində şəkər, piylənmə, sonsuzluq və xərçəngin müxtəlif növlərinin yaranmasında başlıca rol oynayır. Buna görə də qida məhsullarının mümkün qədər plastik qablarda deyil, şüşə qablarda saxlanılması tövsiyə edilir. Həmçinin diqqətə çatdırılır ki, qida məhsullarını plastik qabda qızdırmaq olmaz. Əks halda bütün zəhərli maddələr yeməyə keçə bilər.

Əsas mövzular