20:26 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
TƏHLİL
Qısa URL
888 0 0

Sputnik-ə eksklüziv müsahibəsində ukraynalı jurnalist Anatoliy Şariy Ukraynada niyə demokratiyanın olmaması və tezliklə ölkədə ingilis dili müəllimlərini təqib etməyin mümkün olacağı barədə danışır.

BAKI, 3 sentyabr — Sputnik. Ukrayna Milli təhlükəsizlik və müdafiə şurası (MTMŞ) avqustun 20-də jurnalist və siyasi xadim Anatoliy Şariyə qarşı sanksiyalar tətbiq edib.

Şariyin özü əmindir: Ukrayna prezidenti Vladimir Zelenski hətta ABŞ-a əsasən ona görə uçub ki, Google və YouTube ilə Şariyin saytının bloklanması haqqında razılığa gəlsin. Bu barədə "Sputnik на русском" YouTube kanalının efirində Şariyin özü danışır. Onun müxbir Mariya Kruze ilə söhbətinin əsas tezisləri bu materialda.

Zelenski əslində niyə ABŞ-a gedib?

Ukrayna prezidenti Zelenskinin ABŞ lideri Co Baydenlə görüşü planlaşdırılmış 45 dəqiqə əvəzinə 2 saat keçsə də, Anatoliy Şariy onu skeptiki qiymətləndirir. Zelenskinin Baydenlə "kişi söhbəti" emək vədini jurnalist "nağıl" adlandırıb.

"Amma görürəm ki, o görüşdən əvvəl nişan üzüyünü çıxarıb, - Şariy deyir. – Amerika mətbuatında Zelenskini hətta Levinski də adlandırdılar. Ümumiyyətlə mən onun dediklərinə qulaq asıram: onun fikirləri kifayət qədər qarışıqdır. Mən şəxsən hesab edirəm ki, onun uçuşunun əsas mövzusu Google və YouTube-nin mənim kanalımı bloklamaları barədə razılaşmaqdır (YouTube-da – red.)".

Niyə Zelenski Şariyin akkauntu ilə mübarizə aparsın? Ukrayna hakimiyyətinin müxalifətçi saydığı jurnalistin fikrincə, hər şey sadədir: "Televiziya artıq tamamilə Zelenskinin nəzarəti altındadır. İtaət etməyənlər bağlandılar. Onun heç nə edə bilmədiyi bir cəbhə var – YouTube".

Şariyə qarşı sanksiyaara dair fərmana əsasən, Ukrayna provayderləri ölkə ərazisində onun rəsmi saytına, həmçinin sosial şəbəkələrdəki səhifələrinə girişi bloklamalıdırlar.

"Mən Google-la əlaqə saxlamışam, onları bu məsələ barədə xəbərdar etmişəm, - Anatoliy Şariy bildirir. - Mənim saytımda hansısa şəxsi fikir və ya qiymətləndirmə olmayıb və yoxdur. Əksinə, mən köhnə BBC standartlarına uyğun resurs düzəltmək istəyirdim – qeyd edim: köhnə! Və qəflətən o bloklanmalıdır".

"Ukrayna vikipediyası zibillikdir"

Anatoli Şariy deyir ki, Vladimir zelenski ABŞ-da Ukraynanın demokratiyanın beşiyi olmasından və ölkədə söz azadlığı hökm sürdüyündən danışır. lakin eyni zamanda rəqəmsal transformasiya naziri Mixail Fyodorov YouTube-un işinə müdaxilə etmək istəyir.

"O, konkret olaraq öz səhifəsində yazıb ki, onları (hakimiyyəti - red. qeydi) YouTube-da Rusiya müğınnilərinin trenddə olması qane etmir. Guya ki, bizdə müharibə gedir və bu yolverilməzdir. Bunu deyən rəqəmsal transformasiya naziridir! Əgər onun 78 yaşı olsaydı, mən bunu başa düşərdim. Lakin cavan oğlan (Fyodorov 1991-ci ildə anadan olub – red. qeydi) deyəndə ki, "Biz YouTube-un trendə verdiklərini moderasiya edəcəyik", bu, bir qədər erkən marazma bənzəyir.

Anatoli Şariy YouTube-un alqoritmini izah edir: platforma "Trendlər" auditoriya arasında populyar olanları göstərir. "Əgər izləyicilər Morqenşternə tamaşa edirlərsə, deməli sistem də Morqenştrerni göstərir. Sərt moderasiya olduqda isə ölkədə musiqi qalmır. Tarixən rusdilli olan müğənnilər Ukraynadan sıxışdırılıb çıxarılıblar. Nə olsun ki? Onlar Rusiyada parlayır".

"Mixail Fyodorovun bu məsələyə münasibəti başqadır: nazir əmindir ki, Ukrayna internet məkanında Rusiya artistlərinə qadağan qoyulduğu təqdirdə, yerli musiqi inkişaf edəcək. Lakin Vikipediyanın Ukrayna versiyasına baxmaq kifayətdir", - deyə şariy bildirir.

Vikipediyanın Ukrayna bölməsi meydana çıxdıqdan sonra zibilliyə çevrilib, deyə jurnalist bildirir və onu da dəqiqləşdirir ki, Ukrayna Vikipediyasında şəxsiyyətlərin təhqir edilməsi yolveriləndir.

"Məsələn, siyasətçiyə "heyvan" adlandıra bilərlər. Ümumiyyyətlə, televiziyada rus dilinin məhdudlaşdırılması ukraynadilli filmlərin artmasına gətirmədi. İyirmi birinci əsrdə nəyisə tənzimləmək və bunu sayəsində digər bir şeyin inkişaf edəcəyini gözləmək olmaz", - deyə o bildirir.

Tezliklə ingilis dili müəllimlərini təqib etmək mümkün olacaq

Şariy əmindir: ona qarşı sanksiyalar Konstitusiyanın birbaşa pozulmasıdır. "Ukrayna vətəndaşlarına qarşı sanksiya tətbiq etmək mümkün deyil, - o izah edir. – Yalnız onlar terrorçuluğu maliyyələşdirəndə mümkündür. Mənə, yoldaşıma və onun anasına qarşı sanksiyalar təsdiq edildi. Lakin biz terrorçuluğu maliyyələşdirmirik".

Daha əvvəl, bu ilin fevralında Şariyi həmçinin dövlətə xəyanətdə ittiham ediblər. Səbəb kimi jurnalistin hekayəsindən sitat gətirilmiş Rusiya telekanalının efiri göstərilib.

"Bu hekayə Ukrayna Üsyançı ordusunun 1943-cü ildə qatara hücum etməsi barədədir, - Anatoli Şariy deyir. – Və bu tarixi faktdır. Üstəlik məni çoxdilliliyi təbliğ etməkdə günahlandırdılar. Bu dövlətə xəyanət ola bilər? Bəli, 15 illik həbsxana, bu Ukraynanın reallığıdır, indi, 2021-ci ildə baş verəndir".

Elə bu yolla ingilis dili müəllimlərini təqib etmək olar, onlar da belə götürdükdə çoxdilliliyi təbliğ edirlər, Şariy hesab edir. Jurnalist bütün bu absurd qərarların müəllifi rolunda Vladimir Zelenskini görür

"Bunu bir nəfər fikirləşir. Prezidentin ofisi tam olaraq məhkəmə sistemini, DİN-i nəzarətdə saxlayır. Arsen Avakov müstəqil qərarlar qəbul edə bilirdi. Ona görə onu götürdülər. İndi Monastırski təyin olunub (Denis Monastırski 2019-cu ildə Ukrayna cəmiyyətinə "Zelenski komandasının eksperti" kimi təqdim olunub - red.). Təhlükəsizlik xidmətinə Zelenskinin uşaqlıq dostu İvan Bakanov rəhbərlik edir. Bizim ünvanımıza edilən bütün bəyanatlar sağlam düşüncəyə ziddir. Niyə bizi bloklayıblar? Deyirlər, bu informasiya məxfidir. Belə çıxır ki, Ukrayna məxfi informasiyaya əsasən sanksiya tətbiq edir?" – Anatoli Şariy deyir.

Müsahibəyə tam olaraq "Sputnik на русском" YouTube kanalında baxa bilərsiniz. https://www.youtube.com/watch?v=H5z_lqQA8mY

Əsas mövzular