17:57 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
TƏHLİL
Qısa URL
56 0 0

Öz anti-Rusiya siyasətinin dar çərçivəsinə düşmüş Varşavanın mürəkkəb vəziyyətdən çıxmaq üçün çox məhdud alətlər seçimi var.

Elə indi keçmiş Varşava blokunun ölkələrindən birində geniş dünya ictimaiyyətinin gözündən kənarda potensial olaraq Avropanın enerji, ondan da vacibi, geosiyasi xəritəsini tamamilə yenidən formatlaya biləcək hadisələr cərəyan edir.

Söhbət Polşadan gedir. Avropa mediasının yazdığına görə, ölkənin enerji cəhətdən yenidən silahlanması yarışına iki yerli oliqarx və onlara məxsus şirkətlər qoşulublar. Oyunçulardan biri Mixal Solovov və onun Synthos şirkətidir. Bu şirkətin maraq dairəsinə kimya sənayesi daxildir. Onun opponenti rolunda ZE PAK konserninin sahibi, mediamaqnat Ziqmunt Solorj-Jak çıxış edir.

Bir ay əvvəl Solovov prinsipial razılaşma əldə olunduğunu elan edib. Razılaşma çərçivəsində ABŞ-ın GE Hitachi Nuclear Energy konserni 2033-2043-cü illərdə Polşa ərazisində hər biri 1-1,6 giqavatt gücündə 4 kiçik atom reaktoru tikməyi boynuna götürüb. Onun vizavisi daha məntiqli və həyata keçirilən təşəbbüslə çıxış edir. Lakin onun yolunda xroniki polyak rusofobiyası dayanır. Solorj-Jak nəyi təlkif edir – Kalininqrad vilayətinin ərazisindəki Baltika AES-in tikintisinə pul qoymaq və bununla Polşanın problemlərini həll edərək elektrik enerjisi tədarükü bazarında aparıcı regional oyunçu olmaq.

Bu vəziyyətin kökü tarixə və dəbdə olan ekoloji gündəmə gedib çıxır. İş ondadır ki, Polşa keçmiş Varşava blokunun o yeganə ölkələrindəndir ki,ona  keçmiş SSRİ-dən heç olmasa bir köhnə AES miras qalmayıb. Polşa energetikası bütövlükdə kömürün üzərindədir. 2019-cu ilin məlumatlarına görə, kömür elektrik enerjisi istehsalının təxminən 74%-ni əsasını təşkil edib. Kömür isə qərb dünyasında (təkcə orada yox) ekologiyanın böyük düşməni və qütb buzlarının qatili elan olunub.

Hazırkı vəziyyət təbii ki, Avropa Birliyini çox da qane etmir, lakin polyaklar ildən-ilə öz energetikalarını yaşıllaşdırmaq tələblərinə məhəl qoymurlar və haqlı olaraq bildirirlər ki, heç də balaca olmayan ölkənin elektrik stansiyalarının üçdə ikisini külək və günəş elektrik stansiyaları ilə əvəz etmək real deyil. Varşava ilə Brüssel arasında bu siyasi çəkişmə neçə ildir davam edir, lakin nəzərə alsaq ki, Polşa büdcəsi hər il Avropa xəzinəsindən 15-20 milyard avro həcmində qaytarılmayan dotasiyalar alır, polyak hökuməti donorların tələblərini təmin etməyin yollarını axtarmaq məcburiyyətindədir.

Ərazisində olan faydalı qazıntılardan Polşa yalnız kömür və bir qədər təbii qazla zəngindir. Sonuncunun ehtiyatları çox məhduddur və daxili hasilat tələbatın yalnız yarısını ödəyir. İldə doqquz milyard kubmetr həcmində çatmayan resursları polyaklar “Yamal” magistral qaz kəməri vasitəsilə Rusiyadan alırlar. Birləşmiş Ştatlardan sıxılmış qazın tədarükü xilasedici dərman olmadı və ümumi tələbatın 7 faizini təşkil edir.

Heç kim üçün sirr deyil ki, Polşa Rusiyanın Avropadakı istənilən enerji layihələrinin çoxdankı və qatı düşmənidir. Varşava ardıcıl olaraq bəyan edir ki, çox tezliklə Rusiya qazını almaqdan tam imtina edəcək və Baltikyanı respublikalartla ittifaqda “Şimal axını-2”nin həyata keçməsinin qarşısını almaq üçün bütün mümkün maneələri yaradır, yəni, Almaniya və Avstriyanın Avropanın əsas qaz habları olmaq cəhdlərininin qarşısını alır.

Öz anti-Rusiya siyasətinin dar çərçivəsinə düşmüş Varşavanın mürəkkəb vəziyyətdən çıxmaq üçün çox məhdud alətlər seçimi var. Daha düzü, yalnız bir variant var – atom energetikası.

Məntiq, iqtisadiyyat, coğrafiya və fizika deyirlər ki, polyaklar Rusiyaya nifrətlərini bir kənara qoyub onunla əməkdaşlıq etməyə başlamalıdırlar.

Polşa enerji defisiti olan ölkədir. Bu, o deməkdir ki, ölkə müstəqil surətdə özünün yaşaması üçün lazım olan elektrik enerjisindən azını hasil edir. Polşa enerji sistemindəhər onuncu kilovatt idxaldır. Lakin bu hamısı deyil. Əgər Polşanın xəritəsini götürüb elektrik stansiyalarının yerləşməsinə baxsaq,  məlum olacaq ölkənin şimal-şərqində ümumiyyətlə generasiya obyektləri yoxdur. Yaxınlıqdakı İES-lər Varşavanın cənubunda və Qdanskın qərbində yerləşir. Baltika AES Litva ilə sərhəddə yerləşsə də, coğrafi cəhətdən elektrik cəhətdən xroniki defisit hiss edən iki Polşa bölgəsinə yaxındır. Polşa ilə sərhədədək magistral elektrik ötürmə xəttinin çəkilişi müasir texnoloji səviyyədə həll olunan vəzifədir.

Rusiya Baltika AES-in tikintisini dondurub, ləğv etməyib, məhz dayandırıb. İki atom reaktorunu itirən Rusiya cavab olaraq artıq əfsanəyə çevrilmiş "asimmetrik cüdo"sunu tətbiq edib  - Kalininqrad vilayətində ötən illər ərzində Talaxov, Preqol, Mayakov İES-ləri və Pravdin HES tikilib. Bu gün bölgə tamamilə enerji ilə təmin olunub və bu fakt potensial sərmayəçilər üçün praktiki olaraq hüdudsuz imkanlar meydanı açır.

Daxili bazarda Baltika AES-in məhsulu lazım olmadığından, onu tamamilə elektrik enerjisinin ixracına yönəltmək olar. Əgər Polşada şüurun qalib gələcəyini düşünsək, qərb qonşularımız ciddi gəlir aləti və mənbəyi əldə edəcəklər. Rusiyanın vahid enerji sisteminə tədarükə ehtiyac olmadan stansiyanı dərhal Avropa İttifaqının eneji sistemi ilə sinxronlaşdırmaq olar. Bu halda Rusiya kilovatt/saatlarının xaricə ixracında mütləq texniki element olan daimi cərəyan qoyuluşuna ehtiyac qalmır.

Amerikalıların təklifini və Kalininqraddakı atom stansiyasını müqayisə etsək, burada da bir qapıya oyun olacaq. Fiziki infrastrukturu rəsmi qiymətləndirmələrə görə 12-15% hazır olan Baltika AES-in tikintisi yeddi milyard avroya başa gələcək. Amerikalıların layihəsi isə ilkin proqnozlara görə 23 milyardlıqdır. Daha bir çox vacib amil vaxtdır. Əgər Kalininqraddakı obyekti 2028 və ya 2029-cu ildə işə salmaq mümkündürsə, Synthos yalnız 2030-cu ildən sonra işə başlamaq fikrindədir.

Səthi analiz və Rusiya-Polşa münasibətlərinin təhlili belə bir fikir yarada bilər ki, Varşava növbəti dəfə aşkar olanı rədd edəcək və rusofobiya yoluna davam edəcək. Lakin burada böyük siyasətdə həmişə olduğu kimi, öz maraqların, böyük pullar və böyük imkanlar bir-birinə qarışıb və hər şey elə də birmənalı deyil.

Solorj-Jak Baltika AES-i təkbaşına yox, Macarıstanın dövlət şirkəti olan MVM ilə birlikdə tikməyə hazırlaşır. MVM isə ölkəsindəki yeganə AES olan "Pakş"ın modernləşdirməsinə cavabdehdir və artıq ona görə prioritet hüquqlarını "Rosatom"a verib. Bundan əlavə, Macarıstanın baş naziri Viktor Orban bir neçə dəfə polşalı həmkarı Mateuş Moravetski ilə görüşüb və sirr deyil ki, müzakirə olunan əsas məsələlərdən biri Kalininqraddakı AES-in birgə tikintisi olub. Hesablama çox sadədir: Rusiya, Polşa və Macarıstan arasında üçtərəfli razılaşma imzalansa, layihənin iştirakçılarının hər birinin iki milyard avro qoyması kifayətdir ki, yaxın perspektivdə sonuncu ikisinin marağına işləyən və Rusiyanın xəzinəsini dolduran stansiya ortaya çıxsın.

Ən maraqlısı odur ki, Polşa indiyədək o təklifdən imtina etməyib.

Həmçinin oxuyun:

"Ukraynadan yorulma var" - politoloq "Şimal axını-2" ətrafındakı vəziyyət barədə

"Uzun sürən oyun": ABŞ senatorlarının "Şimal axını-2" ilə bağlı ultimatumları

Əsas mövzular