13:31 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
TƏHLİL
Qısa URL
604

"Sputnik V"-nin dünyanın 46 ölkəsində rəsmən tanınmasına rəğmən, onların arasında cəmi ikisi Avropa ölkəsidir — Macarıstan və Slovakiya

BAKI, 2 iyun — Sputnik. Avropa İttifaqı (Aİ) mümkün qədər tezliklə qapılarını turistlərin üzünə açmaq istəyir. Lakin buna baxmayaraq Rusiyada istehsal olunmuş peyvəndi qeydiyyata almağa tələsmir. Bu isə o deməkdir ki, ötən il olduğu kimi, bu il də Aİ rusiyalı turistlərin orada xərcləyə biləcəyi milyardlardan məhrum olacaq. Otel və restoran sahibləri mümkün zərəri hesabladığı bir halda, Avropa ölkələrinin dərmanlara nəzarət qurumları Moskvanın geosiyasi təsirinin güclənəcəyindən ehtiyat edirlər. Almaniyada siyasəti yaddan çıxarıb bürokratik rəsmiləşdirməni tezliklə bitirmək istərdilər. Belə ki, orada "Sputnik V" peyvəndini artıq yayda gözləyirdilər.

Vaxtı uzadırlar

"Sputnik V"-nin dünyanın 46 ölkəsində rəsmən tanınmasına rəğmən, onların arasında cəmi ikisi Avropa ölkəsidir — Macarıstan və Slovakiya. Avropa Dərman Vasitələri Agentliyinin (EMA) dərman vasitələri tibbi təyinatlı vasitələr departamenti adı çəkilən peyvəndin qeydiyyatı ilə bağlı ekspertiza prosedurunu martın 4-də başlayıb. Lakin məsələdə hələ bir addım da irəliləyiş yoxdur.

Moskvada əmindirlər ki, məsələ süni surətdə uzadılır. Xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin bildirib ki, EMA-ya bununla bağlı "Avropa İttifaqının yüksək kabinetlərindən göstərişlər" verilib.

Mart ayında "Reuters" agentliyi belə bir məlumat yayıb ki, Aİ Rusiya preparatının gətərilməsinə "arzu olunmayan rejimin təbliğat gedişi kimi" yanaşır və ona qarşı çıxır.

Halbuki, patentləşdirilməmiş vaksinin alınması qadağan olunmayıb.

Qərb ekspertləri hələ fevralda Moskva və Pekinin "peyvənd diplomatiyası"ndan danışmağa başlayıblar. Aİ-də hesab edirlər ki, Rusiya və Çin geosiyasi təsir dairəsini genişləndirmək üçün öz preparatlarının bütün dünyada satışı və istehsalı ilə bağlı müqavilələr imzalayırlar.

Lakin, "Reuters" agentliyinin diplomatik və rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Aİ altdan-altdan "Sputnikin ekspansiyasına" da göz gəzdirirlər. Axı 450 milyon nəfər əhali peyvənd olunmalıdır və ölkələrin özünün buna gücü kifayət etmir.

Zərəri hesablayıblar

Aİ ölkələri qapılarını peyvənd vurulmuş turistlər üçün açır. Lakin, ənənəvi olaraq ən çox pul xərcləyən turistlər hesab olunan rusiyalılar hələ ki, bu siyahıda deyil. Avropa bazarı isə bundan heç də məmnun deyil.

BMT-nin Ümumdünya turizm təşkilatının (UNWTO) hesablamalarına görə, 2014-cü il iqtisadi böhranından əvvəl rusiyalılar xaricdə hər il 50 milyard dollardan çox vəsait xərcləyirdilər və bu meyara görə ilk beşliyə daxil idilər.

"Visa Global Travel Intentions" təşkilatının pandemiyadan əvvəlki tədqiqatına görə, rusiyalı səyahətçi xaricdə istirahətə orta hesabla 1676, avropalı turist isə 1174 dollar vəsait xərcləyir.

Proqnozlara görə, növbəti iki il ərzində dünya üzrə orta göstərici 36% artaraq 2443 dollara çatmalı idi. Həm də bu halda rusiyalı turistlər 5% daha çox, səudiyyəli ərəblər isə 10% daha az pul xərcləməli idilər. Avropalıların isə xərclərinin 20% azalacağı ehtimal olunurdu.

Lakin 2020-ci ildə Avropa bazarı bu pulları görmədi, pandemiya bütün hər şeyi uddu. UNWTO-nun məlumatlarına görə, ötən ilki iqtisadi zərər bütün tarix boyu müşahidə olunan ən böyük həcmdədir. Belə ki, zərərin həcmi 1,3 trilyon dollar azalıb ki, bu da 2009-cu il böhranı ilə müqayisədə 11 dəfə çoxdur.

Belə ki, Avropaya turist axını 70% azalıb. Burada səyahətlərin sayı daha da azalıb və 500 milyon təşkil edib.

Siyasəti unutmalı

Təəccüblü deyil ki, iqtisadiyyatın bu sahəsi itirdiklərini geri qaytarmaq istəyir. Aİ icraçı direktorunun dediyi kimi, turizm sahəsinə dəyən indiyə qədər görünməmiş zərəri mümkün qədər tez kompensasiya etmək lazımdır. Buna görə də, ÜST və EMA-nın təsdiq etdiyi peyvəndlərin vurulduğu insanların hansı ölkədən olmasından asılı olmayaraq Aİ-yə girişinə icazə verilməsi tövsiyə olunub. Hələ ki, siyahıda "Pfizer", "Moderna", "Johnson & Johnson" və "AstraZeneca"-nın adları var. Növbədə isə Çinin "Sinovac"ıdır.

Rusiyalıların və Avropa turizm qurumlarının "Sputnik V" ilə bağlı ümidlərinin əbəs olub-olmaması məlum deyil. Belə görünür ki, Avropa hotelləri və restoranları bu il də rusiyalı turistlərsiz keçinməli olacaqlar.

Ən maraqlısı isə odur ki, Aİ-də etibarlı və təhlükəsiz peyvəndi almağa hazırdırlar. Lakin Brüssel buna imkan vermir. Buna ən parlaq nümunə Almaniyadır. Bavariya baş naziri Rusiya birbaşa investisiyalar fondu ilə "Sputnik V"-nin alınması ilə bağlı memorandumu hələ apreldə imzalayıb. Peyvəndin ilk partiyasının artıq iyulda Almaniyaya çatdırılması nəzərdə tutulurdu. İndi isə ən azı payıza qədər gözləmək lazım olacaq. Bavariya Baş naziri Aİ hakim dairələrini adı çəkilən preparatı mümkün qədər qeydə almağa və siyasi səbəblərdən prosedura uzatmamağa çağırıb.

Əsas mövzular