16:51 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
TƏHLİL
Qısa URL
45

"Rus hakerləri" çoxdan amerikalıların işləri düz getməyəndə çıxardıqları memə çevriliblər. Məkrli rus proqramçıları nədə günahlandırmayıblar!

 

BAKI, 13 may — Sputnik, Viktoriya Nikiforova. Siz güləcəksiniz, lakin Amerikada yenə rus hakerlərini tapıblar. Bu dəfə onlar guya ki, Texasdan Nyu-Yorka uzanan və gündəlik 2,5 barel neft ötürən Colonial Pipeline neft kəmərini dayandırıblar.

FTB-də adları çəkilməyən mənbələrin Associated Press-ə ötürdükləri məlumata əsasən, hansısa zərərli  kompüter proqramı Colonial Pipeline-nın sahiblərini neftin ötürülməsini dayandırmağa məcbur edib. İndi hakerlərin şirkət rəhbərliyi ilə pul almaq barədə danışıqlar apardığı güman olunur. Son üç gün ərzində neft kəməri faktiki olaraq işləmir, ona görə də benzin bahalaşır və yenə də bahalaşacaq.

Demokratlar Partiyasının kanalı olan CNN kiberhücumun Darkside adlı qruplaşmadan olan hakerlər tərəfindən həyata keçirildiyi versiyasını ortaya atıb, bu qruplaşma isə - düz tapmısınız, təbii ki, ruslarla bağlıdır.

Sübut? Darkside-ın təcüməsi “qaranlıq tərəf” deməkdir, demokratik dünyanın qaranlıq tərəfində kim yaşayır? Əlbəttə, ruslar. Darkside-ın rəsmi saytı və kontaktları var. Amerikalı jurnalistlər onlarla əlaqə saxlamağa çalışırlar. Bu nə hakerlərdir ki, öz saytları və kontaktlar var? Yəqin sirli rus qəlbi belədir.

Əsas gülləkeçirməz sübut isə “qara hakerlərin” postsovet məkanında işləməməsidir. Bu məntiqlə, əgər hansısa haker Lüksemburq şirkətinə hücum etmirsə, demək o Lüksemburqda yaşayır. Təəssüf ki, amerikalı tərəfdaşlar çoxdandır özlərinə öz fikirlərini necəsə əsaslandırmaq əziyyətini vermirlər.

Əslində hakerlər barədə nağıllar Bayden erasının şən olmayan iqtisadi reallıqlarını əsaslandırmaq məqsədini görürlər. İş ondadır ki, prezident Trampın dövründə benzinin orta qiyməti bir qallona görə 2 dollar idi (təxminən litrə görə yarım dollar). Bu gün qallon 3,5-4 dollaradək bahalaşıb. Kaliforniya ştatında qallonun qiyməti 5 dollara yaxınlaşır.

Colonial Pipeline-la bağlı anlaşılmazlıq (orada nə baş verdiyi vacib dı deyil) yanacağın getdikcə artacaq qiymətlərini əsaslandırmaq üçün gözəl bəhanə olacaq. Bu bahalaşmanın nəyə gətirəcəyini bilmək asandır. Gedişhaqqlarının, daşıma haqlarının bahalaşması, hər şeyin qiymətinin artması.

Maraqlı odur ki, bu böhran əlqəqayırma xarakterlidir. Ağ evə çatan kimi Bayden şist neftin hasilatını məhdudlaşdırıb, Keystone XL boru kəməri layihəsini bağlayıb, yaşıl energetikaya sərayə qoymağa söz verib. Bütün bunlar hasilatı koronavirusa qədərki dövrdəki səviyyədə bərpa etməyə imkan verməyib.

Neftin qiymətlərinin aşağı salınması yolu ilə rus neftçilərin məhv olunması planları həyata keçmədi. Plana əks olaraq, 2020-ci ildə yalnız amerikalı şistçilər məhv oldular. İndi, pandemiyanın zirvə nöqtəsi keçildikdən sonra, yanacağa tələbat artır, ölkə üzrə kütləvi yay səfərləri mövsümü başlayır, tələbatı təmin etməyə isə heç nə yoxdur. Təəccüblü deyil ki, benzinin qiymətləri çox artacaq.

Логотипы социальных сетей
© Sputnik / Владимир Трефилов

Sivil ölkələrdə yanacağın qiymətlərini dayandırmaq üçün müxtəlif maliyyə institutları var. Məsələn, Rusiya çox illərdir ki, uğurla dempfer mexanizmini istifadə edir. Bu gün ölkə dünyada ən aşağı yanacaq qiymətlərindən biri ilə fəxr edə bilər.

Lakin proqressiv ABŞ-da Qreta Tunberqin arzularını həyata keçirməyə üstünlük verirlər: amerikalılar evlərində qalırlar, çünki onların benzun almağa pulları yoxdur, məzuniyyətə getmirlər, çünki təyyarə bileti çox bahadır və evlərində tərəvəz yetişdirirlər, çünki qida həddindən baha olub.

Məhz belə yaşıl gündəmi Demokratlar Partiyasının rəhbərliyi həyata keçirir. Bir il əvvəl, neft tarixi minimuyma düşəndə, sol gənc demokratların ulduzu Aleksandriya Okasio-Kortes öz tvitterində yazırdı: "Siz bunu sevirsiniz, dəqiq. Bizim neft sənayemiz struktur tənəzzülü yaşayır…"

Elə həmin dövrdə hasilat sənayesində insanlar kütləvi olaraq işlərini itirirdilər, böyük və balaca şirkətlər müflis olurdular və tezliklə konqressvumen bu tviti pozmağa məcbur oldu. Lakin internet hər şeyi xatırlayr: ABŞ neft sənayesini məhvi Demokratlar Partiyasına sponsorluq edən oliqarxların son məqsədidir.

Colonial Pipeline-a kiberhücumdan dərhal sonra birja analitikləri müştərilərinə kibertəhlükəsizlik üzrə ixtisaslaşan internet nəhənglərinin səhmlərini almağı məsləhət gördülər. Belə nəhənglərdən birinin keçmiş SEO-su - Google-dan Erik Şmidt bu gün Ağ evin əsl boz kardinalıdır və öz adamlarını vəzifələrə yönəldir.

Rəqəmsal korporasiyaların sahibləri olan amerikalı oliqarxlar amerikalı neftçiləri müflis etmək əlverişlidir. Bununla yanaşı milyonlarla sadə vətəndaşın müflis olması sadəcə korporativ iqtisadi müharibənin “müşayiətedici zərəri”dir. "RəqəmsalçIlar" hasilat sənayesinə qarşı, elektrokarlar benzin mühərriklərinə qarşı, soya yağı istehsalçıları heyvandarlığa qarşı. Hərbi əməliyyatlar teatrı rolunda ABŞ ərazisi çıxış edir, sadə amerikalıların bütün bədbəxtliklərində isə Vaşinqton rusları günahlandıracaq.

Əlbəttə, aşkar böhtan Rusiya və ABŞ prezidentləri arasında danışıqlar üçn ən yaxşı proloq deyil. Lakin ondan təzyiq üçün istifadə etmək olar. “Bizim söhbətimiz olacaq, mən prezident Putinlə görüş planlaşdırıram. Hələlik bizim xüsusi xidmətlər Rusiyanın (Colonial Pipeline-a kiberhücuma) aidiyyatının sübutlarını tapmayıblar, lakin haker proqramının Rusiyada olmasına dair sübutlar var. Onlar (ruslar) cavab verməli olacaqlar”, - dünən Co Bayden bəyan edib.

"Rus hakerləri" çoxdan amerikalıların işləri düz getməyəndə çıxardıqları memə çevriliblər. Məkrli rus proqramçıları nədə günahlandırmayıblar! Demokratlar Partiyasının kompüterlərinə hücum, seçkilərə daimi müdaxilə, ötən ilin dekabrında ABŞ dövlət müəssisələrinin kompüter şəbəkələrində problemlər, indi də bahalı benzin. Bu illər ərzində bir dəfə də olsun ictimaiyyətə bir nəfər real haker təqdim edilməyib. Bir dəfə də olsun sübut göstərilməyib.

Lakin məhz bu illərdə ABŞ kompüter cinayətkarlığı üzrə mütləq dünya liderinə çevrilib. Amerikalılar son onillikdə ən məşhur kiberhücumların müəllifləridirlər. Bu hücumlardan bəziləri tam hərbi diversiya kimi görünürdü. Məsələn, İranın infrastrukturuna təsir etmiş Stuxnet kompüter virusunun fəaliyyətini götürək.

Rusiya daima Ştatlara beynəlxalq kibertəhlükəsizliyin təmin edilməsi üzrə işlər görməyi təklif edir. Lakin hər dəfə amerikalılar imtina edirlər – çünki əks halda onlar da qaydalara uyğun oynamağa məcbur olacaqlar. Ölkənin tənəzzülünü və vətəndaşların müflisləşməsini hər daşı altından çıxan rus hakerlərinin üstünə yıxmaq daha asandır.

Əsas mövzular