11:34 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
TƏHLİL
Qısa URL
1210

"Burevestnik" Vaşinqtondakı və Brüsseldəki "tərəfdaşların" cəzasızlıq barədə xəyalların; birdəfəlik aradan qaldıracaq.

BAKI, 21 mart — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya yüksək texnoloji silahların hazırlanması və istehsalında dünya lideri olaraq qalır. Pentaqonu xüsusilə Rusiyanın qanadlı nüvə güc qurğulu qeyri-məsafəyə uça bilən "Burevestnik" raketi narahat edir. Bu raket ABŞ-ın və onun NATO üzrə müttəfiqlərinin hərbi-siyasi "müstəsnalığına" çağırışdır.

Martın 16-da Konqresdə keçirilmiş dinləmələrdə ABŞ Silahli qüvvələrinin Şimal komandanlığının başçısı general-leytenant Qlen Van Herk bəyan edib ki, "Burevestnik" raketi Rusiyaya "öz uzaq məsafəyə uça və müstəqil hərəkət edə bilmə" qabiliyyıtinə görə istənilən vektordan zərbə endirməyə imkan verəcək və bu nüvə döyüş başlıqlarını ABŞ-a çatdırmağa zəmanət verir. Herkin fikrincə, Rusiya ABŞ üçün daimi birbaşa təhlükədir və Amerikanın müdafiə qabiliyyətinə ən ciddi çağırışdır. Üstəlik Rusiya liderləri guya planetdə ABŞ-ın təsirini sıradan çıxarmağa və özlərinə özlərinə superdövlət statusunu qaytarmağa cəhd edirlər.

Yəqin ki, dünya dövləti olmaq və ali status yalnız ABŞ-a olar, lakin bu halda "əlləri burmaq" (eks-prezident Barak Obamanın ifadəsi) alınmayacaq. Rusiya dünyada ilk dəfə olaraq hipersəs döyüş blokları olan "Avanqard" qitələrarası ballistik raketlərini döyüş növbəsinə qoyub, "Poseydon" transokean nüvə torpedosunu uğurla sınaqdan keçirir və nüvə triadasının bütün komponentlərini modernləşdirir. Moskva ənənəvi olaraq maraqlar balansına əsaslanan düzgün, bərabərhüquqlu dialoqa, güzəştlər axtarışına hazırlığını nümayiş etdirib.Təəssüf ki, Vaşinqton hələlik bərabər səviyyədə danışıqlara hazır deyil. Rusiyanın "Burevestnik" raketi isə Pentaqonun kabusuna çevrilir.

Bu arada RF Müdafiə Nazirliyinin radiolokasiya stansiyaları bir həftə ərzində əsasən Rusiyanın qərb sərhədləri boyu kəşfiyyat aparan xarici dövlətlərin 27 kəşfiyyat təyyarəsini və 14 dronunu aşkar ediblər. Bu hər il keçirilən ABŞ ordusunun 27 müttəfiq (asılı?) dövlətdən, o cümlədən Gürcüstan, Moldova, Ukrayna və Baltik ölkələrindən olan 28 min hərbçinin iştirakı ilə baş tutan genişmiqyaslı DEFENDER Europe 21 təlimlərinin başlaması çərçivəsində baş verir. Rusiya heç vaxt ABŞ-ın sahilləri yaxınlığında belə manevrlər keçirməyib.

Yüksək texnologiyaların uçuşu

"Burevestnik"in texnoloji unikallığı onu aşkar üstünlük simvoluna və eyni zamanda RF Müdafiə Nazirliyinin ən məxfi layihələrindən birinə çevirir. Nüvə mühərrikli qanadlı raketin bəzi xüsusiyyətləri açıqlanıb, dünyada analoqları yoxdur.

Ölçülərinə görə "Burevestnik" Rusiyanın daha əvəl düzəltdiyi raketlərlə bir sırada dayanır. "Standart korpusda" ("stels" texnologiyası ilə hazırlanıb) nüvə enerji qurğusu yerləşdirilib. Bu ideyanı dünyada yalnız Rusiya alimləri həyata keçirə biliblər. Qeyri-məhdud uçuş məsafəsi (minimal hədd – 130 min km) döyüş tətbiqinin prinsipial olaraq yeni strategiya və taktikasını qurmağa, düşmənə ən fantastik qitələrarası trayektoriyalar üzrə hücum etməyə imkan verir, düşmənin mövcud və perspektiv HƏM-RƏM sistemlərini faydasız edir. "Burevestnik"in döyüş başlığının gücü trotil ekvivalentində meqatondan çoxdur və bu, yeraltı və sualtı obyektlər də daxil olmaqla istənilən strateji hədəfin məhv edilməsi üçün bəsdir.

Nüvə reaktorlu qanadlı raketi praktiki olaraq aşkar etmək və ələ keçirmək mümkün deyil. Peyk "Burevestnik"in startını qeydə ala bilər (bərk yanacaq sürətləndiricilərin üç-dörd saniyəlik işini), sonra isə raket görünməz olacaq.

Perspektivdə düz nöqtəli hava və turboreaktiv mühərriklərin daha güclü nüvə reaktoru ilə inteqrasiyası mümkündür – stratosferdə hipersəs sürətində uça biləcək для prinsipcə yeni təyyarənin yaradılması üçün. Bu fantastika deyil. Yeni qlobal məsafəli qanadlı raketin sınaq proqramında ən azı Rusiyanın iki poliqonu iştirak edir – Kapustin Yar və Novaya Zemlya.

Məsuliyyət cəzasızlıqdandır

Daha öncə ABŞ-ın Military Watch nəşri NATO-da SSC-X-9 Skyfall kod adını almış Rusiyanın "Burevestnik" nüvə mühərrikli qanadlı raketinin sınaqlarının bərpa edildiyini yazıb. Nəşrin məlumatına əsasən, yeni raket üçün sınaq poliqonu olaraq Novaya Zemlya arxipelaqı istifadə olunur. Peyklər Rusiyanın 4 dəfə "Burevestnik" raketini buraxdığı sınaq meydançasında yüksək fəallığı qeydə alırlar (2017-ci ilin noyabrından 2018-ci ilin fevralınadək).

Military Watch "Burevestnik"in unikallığını qeyd edir. Nüvə reaktorlu raket buraxılışdan sonra çox illər ərzində uça bilər və hətta düşmənin RF ərazisinə preventiv zərbə endirsə belə əlçatmaz olacaq. Belə uzun müddət havada qalmaq bacarığı hava əleyhinə müdafiədəki "dəliklərdən" istifadə etməklə istənilən istiqamətdən düşmənin obyektlərini vurmağa imkan verir. Gərginlik artdığı zaman belə bir raketin düşmənin hava sahəsi yaxınlığında buraxılması inandırıcı güc göstərişi olacaq. Rusiyanın dogər raket proqramlarında belə texnologiyanın tətbiqi planetin ətrafında daima inanılmaz orbitlərlə uçan ələkeçməz strateji və taktiki nüvə raketlərinin yeni növlərini yaratmağa imkan verəəck. Ona görə "Burevestnik" Pentaqonun generallarının belə xoşuna gəlmir.

Ənənəbi nüvə raketi konstruksiya olaraq reaktiv mühərriki və məhdud hərəkət radiusu olan döyüş başlığıdır (ABŞ-ın "Tomahavk"ı 2500 km-dək uçur). Nüvə reaktoru olan raket on və yüz minlərlə kilometri qət edə bilər, yəni, bir neçə ay və yaxud il ərzində atmosferin qalın qatlarında "Yerin peyki" ola bilər.

Amerikalı ekspertlər hesab edirlər ki, Rusiyanın ən yeni qanadlı raketi təxminən 2025-ci ildə silahlanmaya daxil ediləcək. Rusiyalı mütəxəssislərin fikrincə, "Burevestnik" 2027-ci ildən tez döyüş növbəsində olmayacaq və onun döyüş potensialı müddəti 2026-cı il fevralın 5-dək uzadılmış Rusiya-ABŞ Strateji hücum silahlarına (SHS-3) dair müqavilədə nəzərə alınmır. İstənilən halda, "Burevestnik" Vaşinqtondakı və Brüsseldəki "tərəfdaşların" cəzasızlıq barədə xəyalların; birdəfəlik aradan qaldıracaq və onların məsuliyyətini, sülhsevərliyini və müqaviləyə meylliliyini əhəmiyyətli dərəcədə artıracaq.

Əsas mövzular