Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Trampın "nüvə paktı" təklifinə cavab

© Sputnik / © Northern Fleet Press ServiceBallistik raket buraxılışı, arxiv şəkli
Ballistik raket buraxılışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya ilə ABŞ arasında müqavilə 2011-ci il fevralın 5-də qüvvəyə minib. Müqaviləni imzalayan tərəflər öz nüvə arsenallarını müəyyən edilmiş miqdarda azaltmalıdırlar.

BAKI, 4 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp "Fox" radiosunun efirində Rusiya ilə "nüvə paktı" bağlamaq istədiyini bildirib.

"Nüvə paktı, təhlükəsiz atom istəyirəm, çünki bu, dünyanın ən böyük problemidir", – Tramp bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Trampın sözlərinə reaksiya verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Peskov Strateji hücum silahlarına dair müqaviləni bağlamaq üçün daha da az vaxtın qaldığına dair xatırlatma edib.

"Hesab edirik ki, xarici işlər nazirləri müqavilə üzrə vaxtın getməsini nəzərə almaqla işi intensivləşdirməlidirlər", – Kreml nümayəndəsi bildirib.

Rusiya ilə ABŞ arasında müqavilə 2011-ci il fevralın 5-də qüvvəyə minib. Müqaviləni imzalayan tərəflər öz nüvə arsenallarını müəyyən edilmiş miqdarda azaltmalıdırlar.

Saziş Moskva və Vaşinqtonu ildə iki dəfə döyüş başlığı və daşıyıcılarının sayı barədə məlumat mübadiləsinə də məcbur edir.

Hələ ki, Amerika tərəfi müqaviləni uzatmaq arzusunu rəsmi olaraq dilə gətirməyib. Rusiya ötən ilin sonunda Amerikaya müqaviləni ilkin şərt olmadan uzatmağa hazır olduğuna dair diplomatik nota göndərib.

Xəbər lenti
0