21:41 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
6310

Təmas xəttinin digər tərəfində, Azərbaycanın başqa rayonlarında Bakının nəzarət üstünlükləri daha çoxdur, rus-türk mərkəzinin Azərbaycan ərazisindəki dəqiq yerləşmə yeri isə hələ naməlumdur.

BAKI, 19 noyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Ankaranın Zaqafqaziya istiqamətindəki hərbi-siyasi fəallığı və Türkiyə Böyük Millət Məclisinin - bir il müddətinə sayı açıqlanmayan türk hərbçilərinin Azərbaycana gətirilməsi haqqında qərarı birmənalı təsir bağışlamır. Missiyanın sayı və əhatə dairəsi Türkiyə Prezident administrasiyası tərəfindən müəyyən ediləcək ki, bu qərar da regional qarışıqlıq yaratmaq üçün katalizator rolunu oynaya bilər.

Türk hərbçilərinin hansı səbəbdən bölgədə sülhməramlı rolunu oynaya bilməyəcəyini bir daha izah etməyə ehtiyac yoxdur. Ankara ciddi-cəhdlə münaqişə tərəflərindən birinin maraqlarını müdafiə edir.

Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı vəziyyəti gərginləşdirməməyə və Türk qoşunlarını Qarabağa gətirərək erməni tərəfini təxribata çəkməməyə inandırmış kimi görünür. Bununla belə, hamıya məlumdur ki, Ərdoğanın atacağı addımları əvvəldən kəsdirmək mümkün deyil və o kifayət qədər riskli qərarlar qəbul etməyə qadirdir. Azərbaycan ərazisində isə Ankara belə addımları yalnız Bakı ilə birlikdə ata bilər, ancaq yəqin ki, strateji qərarlar verilmiş, hadisələr zənciri əvvəlcədən müəyyən edilmişdi. Və bu bir konspirologiya nəzəriyyəsi deyil, daha çox geopolitik analogiyadır.

Misal üçün, Rusiya 2005-ci ildə müvəqqəti olaraq Suriyaya Dəməşqin xahişi ilə məhdud hərbi kontingent yerləşdirdi və bu ölkədə iki daimi hərbi baza qazandı. Анкара çətin ki, bu faktdan məmnun qalsın. Azərbaycan istiqamətində Türkiyə "hesabı bərbərləşdirə" bilər, onların analoji qardaş xalqa yardım və öz maraqlarının yürüdülməsi planları var. Narazı qonşular ya effektiv cavab tapmalı, ya da münaqişə zonasında bir az sıxlaşmalı olacaqlar.

Sərbəstlik dərəcəsi

Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabrdan sonra dəfələrlə xatırladıb ki, Türkiyə Qarabağdakı əməliyyatlarda Rusiya ilə birlikdə iştirak edəcək. Bu təsadüfi deyil. 10 noyabr Üçtərəfli bəyanatı ilə bir neçə güclə sezilən, lakin təhlükəli qeyri-müəyyənliklərin əsası qoyulub.

Təmas xətti (keçmiş cəbhə xətti) və Dağlıq Qarabağdakı iki daxili nəzarət zonası var, xarici təhlükəsizlik zonası isə yerlərdə və xəritədə müəyyən edilməyib. Məsələn, gürcü-osetin münaqişəsi zonasında tərəflərin təmas xətti İnquri çayından götürülürdü, çaydan 12 km qərbə və 12 km şərqə təhlükəsizlik zonası uzanırdı, daha 24 km silahların məhdudlaşdırılması idi və bütün bu ərazi rusiyalı sülhməramlıların nəzarətində idi. Qarabağda rusiyalı sülhməramlıların nəzarət etdiyi təhlükəsizlik zonası "içəridəndir", zahiri tərəfdən isə Azərbaycan tərəfinin (həm də Ankaranın) bəzi sərbəstlik dərəcələri və bu sərbəstliyi opponentlərin əleyhinə istifadə etmək imkanları var. Rusiya sülhməramlılarının postları təmas xəttinin "o tərəfindəki" əraziyə nəzarət etmirlər. Bu "yeni sülhün" əsas qeyri-müəyyən cəhəti deyil.

Üçtərəfli razılaşmaya əsasən əvvəlcədən atəşkəsin iki konstantası müəyyən edilib – RF-in Dağlıq Qarabağda sülməramlı əməliyyatı və birgə Rysiya-Türkiyə nəzarət mərkəzi (Dağlıq Qarabağdan kənarda). Onların arasında qarşılıqlı qarşılıqlı əlaqə mümkündür, inteqrasiya istisna olunur. Daha əvvəl məlumat verilmişdi ki, türk sülməramlılarının Qarabağ üzrə hərəkəti məhdudlaşdırılacaq, səfər missiyaları planlaşdırılmır (məlumatın toplanması dronlara etibar ediləcək). Lakin yenə də təmas xəttinin digər tərəfində, Azərbaycanın başqa rayonlarında Bakının nəzarət üstünlükləri daha çoxdur, rus-türk mərkəzinin Azərbaycan ərazisindəki dəqiq yerləşmə yeri isə hələ naməlumdur. Məntiqlə mərkəz təmas xəttindən çox uzaqda olacaq (o zaman operativ vəziyyətə nəzarət etmək daha asandır). Ola bilsin ki, mərkəz 45 günlük hərbi əməliyyatlar nəticəsində Azərbaycanın azad etdiyi rayonlardan birində olacaq.

Teqlər:
təmas xətti, Rusiya, Türkiyə, Qarabağ, sülhməramlılar

Əsas mövzular