01:44 14 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Milli Məclisin deputatı Vahid Əhmədov

Milli Məclis üzvündən bədbin açıqlama: "Sərt qərar Azərbaycana təsirsiz ötüşməyəcək"

© Photo: REPORT
TƏHLİL
Qısa URL
1961111

Vahid Əhmədov: "İran tezliklə ABŞ-la danışıqlar masasına oturmalıdır, əks halda bütün bölgə bundan əziyyət çəkəcək"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Bu gündən etibarən Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar yenidən qüvvəyə minir. Nə qədər qəribə səslənsə də, bu dəfə Birləşmiş Ştatlarının sanksiyalar siyasətinə nə Avropa İttifaqından olan tərəfdaşlar, nə Rusiya, nə də Türkiyə qoşulur. Birləşmiş Ştatlar prezidenti Donald Tramp isə elə bu gün verdiyi bəyanatında İranla işləyənlərin ABŞ-la işləyə bilməyəcəyini bəyan edib.

Qonşu ölkə olan İrana qarşı sanksiyaların tətbiqi Azərbaycanda da birmənalı qarşılanmayıb. Son illər Azərbaycan ilə İran arasında iqtisadi sahədə əməkdaşlıq daha da inkişaf edir. Azərbaycan İrana xeyli miqdarda investisiya yatırıb. Bəs İrana qarşı tətbiq olunan sanksiyalar Azərbaycana təsir edə bilərmi?

Sputnik Azərbaycan məsələ ilə bağlı iqtisadçı deputat Vahid Əhmədovla həmsöhbət olub. Onun sözlərinə görə, İrana qarşı tətbiq olunan istənilən sanksiya qonşu dövlətlər, bu ölkə ilə böyük məbləğdə ticarət dövriyyəsi olan ölkələrə təsir edəcək: "Hazırda İrana qarşı çox ciddi sanksiyalar tətbiq olunub. Bu sanksiyalardan əlavə İranın milli valyutasına da çox ciddi hücumlar var. İranın milli valyutasının məzənnəsi son zamanlar kəskin ucuzlaşır".

Azərbaycan ilə İran arasında ticarət əlaqələrinin olduqca yüksək olduğunu diqqətə çatdıran Əhmədov, İranın Azərbaycana, eyni zamanda Azərbaycanın İrana böyük həcmdə investisiyalar yatırdığını xatırladıb: "ABŞ-ın İrana bu dəfə tətbiq etdiyi sanksiyalar ciddi böhrana səbəb ola və İranda narazılıqların başlanması ilə nəticələnə bilər. Sanksiyaların tətbiqi İranda əhalinin iqtisadi durumu daha da pisləşməsi ilə nəticələnəcək".

"Əgər İran nüvə proqramı ilə bağlı tutduğu mövqedən geri çəkilməsə, bu ölkəyə qarşı tətbiq olunan sanksiyalar daha da şiddətlənəcək. İran tezliklə ABŞ-la danışıqlar masasına oturmalıdır, əks halda bütün bölgə bundan əziyyət çəkəcək" — millət vəkili vurğulayıb.

Milli Məclisinin deputatı İran və Türkiyədə milli valyutaların məzənnəsinin ucuzlaşmasının Azərbaycana təsiri və Azərbaycan manatının ilin sonuna kimi dəyərdən düşəcəyi barədə gəzən məlumatları da şərh edib: "Proqnozlarıma əsasən, deyə bilərəm ki, ilin sonuna kimi Azərbaycan valyutasının məzənnəsində heç bir dəyişiklik olmayacaq. Azərbaycan milli valyutasının məzənnəsi bu səviyyədə qorunub saxlanılacaq".

"Çünki Azərbaycanın kifayət qədər böyük valyuta ehtiyatları var. Hazırda dünya birjalarında neftin qiyməti yüksəkdir. Hazırda Azərbaycanın idxal-ixrac əməliyyatlarında müsbət saldo müşahidə olunur. Əgər neftin qiymətlərində kəskin azalma müşahidə olunmasa, 2018-ci ilin sonuna qədər Azərbaycanda milli valyutanın dəyərinin aşağı düşməsini proqnozlaşdırmıram" — deyə o, əlavə edib.

Qeyd edək ki, bu gündən Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minib. Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırırlar. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Əlaqədar

Tramp dünyanı hədələdi: "İranla işləyənlər ABŞ-la işləyə bilməyəcək"
Qalmaqal böyüyür, Avropa İttifaqı Vaşinqtonun qərarını saymadı
Politoloq: “İran ABŞ-la müqavilə imzalamağa hazırlaşır”
İrana qarşı sanksiyalar Azərbaycana fayda gətirməyə başladı
ABŞ bir milyondan çox iranlını işsiz qoydu, cənub qonşumuzun "qara günləri" başlayır
Teqlər:
nüvə proqramı, millət vəki, qonşu, region, sanksiya, Vahid Əhmədov, investisiya, Tehran, İran, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Milli Məclis, deputat, Azərbaycan, ABŞ

Əsas mövzular