14:30 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
ABŞ-ın Ankaradakı səfirliyi

"ABŞ səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilməsi sərt ismarıcdır"

© REUTERS / Umit Bektas
TƏHLİL
Qısa URL
45920

"NATO-da müttəfiq olmasına baxmayaraq, Amerika Türkiyəyə vermədiyi ağır silahları, türk əsgərinə qarşı vuruşan PYD terrorçularına verdi"

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. "ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə "Zeytun budağı" adı verilməsini Vaşinqtona sərt mesaj kimi dəyərləndirirəm". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında türkiyəli politoloq Güngör Gökdağ deyib.

Siyasi şərhçi Güngör Gökdağ
© Foto : Güngör Gökdağ şəxsi arxivindən
Siyasi şərhçi Güngör Gökdağ

O qeyd edib ki, Amerikanın Yaxın Şərq siyasəti öz maraqlarına xidmət etdiyi üçün bu günə qədər Türkiyəyə verdiyi sözlərin heç birini tutmayıb: "NATO-da müttəfiq olmasına baxmayaraq, Amerika Türkiyəyə vermədiyi ağır silahları, türk əsgərinə qarşı vuruşan PYD terrorçularına verdi. ABŞ o bölgəni terrorçu qruplarla birgə dizayn etməyə çalışır. Türkiyə bütün bunları görür və onların qaranlıq planlarına var gücü ilə mane olur".

"ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə "Zeytun budağı" adı verilməsini Vaşinqtona sərt mesaj kimi dəyərləndirirəm. Bilirsiniz, "Zeytun Budağı" türk ordusunun Afrinə başlatdığı hərbi əməliyyatın adıdır", — politoloq bildirib.

Gökdağ deyib ki, Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur: "Ancaq "qırmızı xətləri" var. Suriyanın şimalında, Türkiyə ilə sərhəddə tək bir terrorçu qalmayanadək hərbi əməliyyat davam edəcək".

Həmsöhbətimiz ABŞ-ın Suriyanın şimalında özündən asılı, marionet kürd dövləti yaratmaq istədiyini bildirib: "Bu, mümkünsüz bir şeydir. Bölgə dövlətləri buna imkan verməyəcək. Oxşar ssenarini İraqın şimalında reallaşdırmağa çalışdılar. Nəticəsini gördünüz. Dolayısı ilə, Suriyanın şimalında da buna icazə verilməyəcək".

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" hərbi əməliyyatının adı veriləcək. Belə bir təşəbbüslə Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna çıxış edib.

Əlaqədar

"Zeytun budağı" əməliyyatında böyük uğur
Afrindən sevindirici xəbər
Türkiyə ordusu Afrində 616 terrorçunu məhv edib
Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - VİDEO
Teqlər:
"Zeytun budağı", Güngör Gökdağ, PYD, əməliyyat, Suriya, Ankara, Amerika, Vaşinqton, Türkiyə, ABŞ, politoloq, küçə, terrorçu, səfirlik

Əsas mövzular