03:24 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Yusuf Çınar - Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq

Türk politoloq: Rusiyanın komissiya təklifi real görünmür

© Photo : Şəxsi arxivindən
TƏHLİL
Qısa URL
8902

Yusuf Çınar: Komissiya qurulacağı təqdirdə Türkiyə Rusiyanın əvvəlki hava pozuntularını da gündəmə gətirə bilər.

BAKI, 14 dek — Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən vurulmuş Rusiyanın Su-24 təyyarəsi ilə bağlı baş vermiş faciənin səbəblərinin obyektiv və ədalətli beynəlxalq araşdırılmasına ümid edir.

Bu barədə bəyanatı RF-nın Hərbi Qüvvələrinin baş qərargahının rəisi, ordu generalı Valeri Gerasimov verib.

"Radikallarla mübarizədə biz heç vaxt tərəfdaşlarımızdan dəstək almadıq, əksinə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən bizim Su-24 təyyarəmizin Suriya sərhəddində vurulması kimi arxadan zərbə aldıq" — deyə Gerasimov RF-da akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün keçirilən brifinqdə deyib.

O, Beynəlxalq ekspert qrupunun baş verən faciənin obyektiv işıqlandırılması üçün Suriya səmasında vurulmuş Rusiya bombardmançı təyyarəsinin "qara yeşiyi"ndəki qeydlər əsasında ədalətli araşdırma aparacağına ümid etdiyini bildirib.

Baş qərargah rəisinin sözlərinə görə, "Türkiyənin ayrı-ayrı yüksək vəzifəli şəxslərinin qanunsuz biznesdəki mənfəət maraqları, İŞİD-in terroruna məruz qalan Rusiya, Fransa, Mali, hətta Türkiyənin öz vətəndaşlarının həyatından daha böyük əhəmiyyət kəsb etməyə başlayıb." 

Mövzunu Sputnik-ə şərh edən Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq Yusuf Çınar, beynəlxalq komissiyanın qurulmasının vacib addım ola biləcəyini ancaq bunun qurulmasının olduqca çətin olduğunu deyib:

"Məsələnin aydınlaşdırılması üçün beynəlxalq tərəfsiz komissiya qurulması önəmli addım ola bilər. Ancaq belə olan təqdirdə Türkiyə əvvəlki hava pozuntularını da gündəmə gətirə bilər. O zaman bu həm Rusiyanın işini qəlizləşdirər, həm də komissiya, tərəfləri ortaq məxrəcə gətirməkdə çətinlik çəkər. Ona görə də belə bir komissiyanın qurulacağına inanmıram".


Noyabrın 24-də səhər saatlarında Türk ordusu Suriya ilə sərhəddə "Su-24"döyüş təyyarəsini vurub. Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxmışdı.

Teqlər:
Mali, Rusiyanın Su-24 təyyarəsi, Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Türkiyənin Hərbi Hava Qüvvələri, Baş Qərargah, "Su-24", ekspert, Fransa, Rusiya, Türkiyə, İŞİD, Türkiyənin Strateji Baxış İnstitutu, ordu generalı Valeri Gerasimov, politoloq Yusuf Çınar, Rusiya Federasiyası

Əsas mövzular