23:47 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
31 0 0

Politoloq: Millətçi şüarlar səsləndirən qüvvələr ölkənin sosial rifahını diqqətə almırlar.

BAKI, 14 dek — Sputnik. Fransada keçirilən bələdiyyə seçkilərinin yekun qalibi bəlli olub. Səsvermənin nəticələrinə görə, radikal sağçı Milli Cəbhə partiyası bələdiyyə seçkilərinin ikinci turunda heç bir bölgədə qalib gələ bilməyib.

Sabiq prezident Nikolaya Sarkozinin "Xalq Hərəkatı İttifaqı" partiyası sosialistləri geridə qoyaraq yerlərin əksəriyyətini qazanıb.

Nəticələr açıqlandıqdan sonra Milli Cəbhənin lideri Marine Le Pen məğlubiyyəti etiraf edərək, mübarizəyə davam edəcəklərini qeyd edib.

Məğlubiyyətə baxmayaraq, radikal millətçilər Marine Le Pen-in 2017-ci il prezident seçkilərində qalib gələcəyini düşünürlər.

Mövzunu Sputnik-ə şərh edən politoloq Qabil Hüseynli, "seçki nəticələri bir daha göstərdi ki, fransızlar radikal millətçiləri heç vaxt qəbul etməyəcəklər" deyib.

"Bu nəticəni təbii qarşılamaq lazımdır. Çünki fransızlar çox yaxşı bilir ki, millətçi şüarlar səsləndirən qüvvələr ölkənin sosial rifahını diqqətə almırlar. Həm də Fransa kimi bəzi qərb ölkələrində dərin dövlət deyilən təşkilatlar var ki, onlar millətçilərin qələbəsinə maneə törədirlər. Çünki Fransa kimi inkişaf etmiş, demokratik dəyərləri olan dövlətdə millətçilərin qələbə qazanması ölkənin dünyadakı nüfuzuna zərbə vura bilər" deyə Qabil Hüseynli əlavə edib.

2017-ci il prezident seçkilərində millətçilərin şansını da dəyərləndirən politoloq, o vaxta qədər dünya düzənin bəlli zəminə oturacağını və radikalların miqrant, terror təhlükəsi şüarlarının heç bir əhəmiyyətinin qalmayacağını söyləyib.

Əlaqədar

Qabil Hüseynli: NATO-nun sabahki yığıncağı olduqca gərgin keçəcək
Prezidentin bəyanatı ölkəmizin rəqabət qabiliyyətini yüksəldəcək
Teqlər:
bələdiyyə seçkiləri, radikal millətçi, Nikolya Sarkozi, Marine Le Pen, Qabil Hüseynli, radikal, fransız, "Xalq Hərəkatı İttifaqı" partiyası, Milli Cəbhənin lideri Marine Le Pen, Fransa

Əsas mövzular